Mossad-ın vəzifəsi

İranın Ali Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) İran və Rusiya arasında dayanacaq gürzə adlandıraraq buna imkan verməyəcəklərini bəyan edib.

Belə görünür ki, İranın siyasətini müəyyən edən bir neçə şəxsdən biri olan Əli Əkbər Vilayəti Qasım Süleymaninin məhv edilməsi, Hüseyn Salami başda olmaqla bir qrup ən yüksək vəzifəli generalın öldürülməsindən dərs almayıb. Əgər dərs alsaydı, TRIPP-in qarşısını alacaqları ilə bağlı avantürist bəyanat verməzdi. Belə bir bəyanat verirsə, deməli gerçəklik hissini tamamilə itirib və təhlükəli olmağa başlayıb. 

İsrail bölgəyə sülh və sabitlik gətirəcək ABŞ, Azərbaycan və İsrail alyansının gerçəkləşməsi üçün önəmli işlər görür. TRIPP-in gerçəkləşməsinin qarşısnı almağa yönəlmiş təhdid və çağrışların zərərsizləşdirilməsi artıq İsrailin əsas vəzifələrindən biri olmalıdır. Bununla İsrail ABŞ, Azərbaycan və İsrail alyansının nə qədər effektli olacağını alyans yaranmadan öncə sübut etmiş olar. Bu isə Vaşinqtonun ABŞ, Azərbaycan və İsrail alyansının yaranmasına marağını kəskin artıra bilər. 

Belə görünür ki, Əli Əkbər Vilayətinin avantürist açıqlaması Mossad qarşısında yeni vəzifə doğurub. Mossad Əli Əkbər Vilayətiyə “Kobzonun konserti”nə bir bilet almaqla ABŞ, Azərbaycan və İsrail alyasnının yaranmasının nə qədər faydalı olacağını Vaşinqtona sübut etmiş olar. Bu vəzifənin Mossadın qarşısında dayanması ABŞ-ın özünün buna imkanlarının olmaması demək deyil. Təxminən 30 il müddətində toxunulmaz və əlçatmaz şəxs hesab olunan Qasım Süleymanini məhv edən Tramp adminstrasiyasının Vilayəti üçün “Kobzonun konserti”nə bilet almaq çətin iş deyil. Əgər hər işi ABŞ özü edəcəksə, Vaşinqton hansısa alyansın yaranmasınada niyə maraqlı ola bilməz.

Xəqani Cəfərli



Oxşar Xəbərlər

Xəbər lenti