Fələstin - Qazzə testi, yaxut qaraçılığın ucalığı -Xanəmir Telman oğlu yazır


ey dili qafil fil faili məchul fani f...

derlər,

unudulmaq mərəzi canından çıxmayan vay vay oxucu,

(kimsə zənn etməsin ki, avropa siyasəti ilə avropa mədəniyyətinin fərqini bilmirik. kimsə deməsin ki, avropa burdan öldürür, burdan da köməyə gedir, göz yaşı tökür:-x.t.)

illlərdir oxuduğumuz kitablar, yönəltilən fikirlər, aparılan propakandalar avropa adlı qitənin, mədəniyyətin insanlarının yobaz, vəhşi, insanlıqdan çıxmış müthiş bir halının təəssüratıyla şüurumuzda  izlər qoydu. bütün gerçəklər bir gün üzə çıxır. avropada yaşayanlar zombi deyilmiş, insanmış. eynən bizim kimi insanlar. üstəlik, zaman təsdiqlədi ki, avropa mədəniyyətini və irəliləyişini yaradanlar bu üstün insanlarmış. axı ola bilməzdi ki, haidekkeri, dekartı, motsartı, dalini, eynişteyni, hegeli, heyneni, nitşeni, freydi, kafkanı, şekspiri, servantesi, selinceri, rilkeni, eliotu yaradan, böyüdən və dünyaya təqdim edən bir mədəniyyətin təmsilçiləri bu qədər barbar, aşağı səviyyəli, qoyun qafalı insanlar olsunlar. 

Fələstin - Qazzə vəhşəti gösətrdi ki, yenə dünyanın başını çəkən avropa mədəniyyəti və avropa insanıdır. mən bu insanları seyr etdikcə dəliyə dönürəm, ilahi. demək irəliləyişi, yüksəlişi, gəlişməni yaradan, onu mədəniyyətə dönüşdürən ruhun sahibi bu insanlarmış. bütün avropa insanı avropa boyunca Qazzə - Fələstin uşaqları, qadın-qocaları üçün ayaqdadır. heç bir müsəlman və şərq ölkəsində bu etirazı, bu yardım etmə duyğusunu, bu həmdəm-həmrəylik göz yaşlarını görə bilmədim. demək, bu dünyanın, insanlığın adına çıxılan müasirlik, irəlilik bu ruhun, bu həssaslığın, bu duyarlılığın, bu qəlbin məhsuluymuş. mən səni indi anladım, ey böyük avropa. təəssüf ki, səni də bir başqa yoldan bu gün tənəzzülə uğradırlar. bu başqa bir mövzu və yeri heç deyil. 

derlər,

unudulmağınınisyədən nağdıya çevirnməyi çoxdan unutmuş, misgin oxucu,

sionizmin qarsıb qovurduğu Fələstin - Qazzə zülmü, fəlakəti mənə avropa insanını və avropa mədəniyyətini bir daha tanıtdı, qandırdı. anladım ki, nəhəng avropa mədəniyyəti, batı insanı üstünlük və duyarlılıqdır. bu ruhsal duyarlılığın, bu metqafizik həssaslılığın, bu mistik üstünlüyün əsrlərdir aşırı fanat, aşırı təəssübkeş, qaragüruhçu qafalar tərəfindən görməzlikdən gəlinməsi bir yana, hələ də bu işığın üzərinə bulud çəkilir, gerçəklər gizlədilir. mən Fələstin-Qazzə fəlakətini törədən sionizmin zülmü qarşısında müsəlmanların birliyini, islam toplumlarının ayağa qalxışını gözlərkən, bu oyanış, bu duyarlılıq, bu həssaslılıq avropadan, avropalı insanlardan baş qaldırdı. o uçqunlar altında qalan, əl-ayağı, baş getmiş körpələrə gildir - gildir göz yaşı axıdan bu insanlar sən demə insanlıq iksirini, insanlıq sirrini o böüyük qitədə qoruyub saxlaya bilmişdilər. sanki Fələstin və Qazzə mənim üçün bu yaşımda insanlıq testinə dönüşdü. o qədər aydın və net şəkildə hər şey bəlli oldu ki mənə. bəli, hegelin, kantın, şekspirin, selincerin, eynişteynin ... daha kimlərin o coğrafi dünyası bu qədər mənəvi şəkildə işıqlı ola bilərdi. mən bir daha ağlın, zəkanın, biliyin, elmin, siyasətin deyil, ruhun və qəlbin, insanlığın qələbəsinə, bu qələbənin təntənəsinə inandım. Fələstində-Qazzəda sionizmin insanlıq dışı qətliamı avropa insanının cövhərini, varlıq və kimliyində yaşatdığı ilahi iksiri, gerçəkliyi üzə çıxardı. avropa insanına güvənmək, gerçəkliyi, üstünlüyü də onlara, o mədəniyyətə əmanət etmək olar. dünyanın ən güvəncəli qitəsi -mədəniyyəti və insanları bax burda idi. mən bu insanların danışdıqca axıtdıqları o göz yaşlarını gördükcə ulu əcdadımız adəmlə həvvanın ilkin tənhalığını canımda hiss edirdim. 

 derlər,

böyrəyindəki daşı da çıxarıb başı yarmaqdan usanmayan unudulmuş oxucu,

mən bu gün min illərdir Quranın bəslədiyi müsəlmanlığı görmək istədiyim coğrafiya və ölkələrdən, toplumlardan görə bilmədim, insanlıq barədə isə ümumiyyətlə, danışmağa dəyməz. bu gün sionis rejimin törətdikləri qarşısında Fəlstin və Qazzədə yaşanılan içlər acısı drama mənim ölkəmdə hansı bir kəs səs çıxardı, hansı bir yazar bir söz söylədi? mənsub olduğum toplum baş verənlər qarşısında hansı təpkisiylə şərin üzərinə getdi. biz ortada yeyib qıraqda gəzənlərik. ancaq oturub öz xeyrimizi güdürük ki, yox, qoy, görüm mən döyüləndə, başım yarılanda “o adam köməyə gəlibmi?” – düşüncəsinin cırıldayan, sınıx - salxax əzintisiylə hesab kitab yapan aşağılıq, insanlığın dibində qalan düşüncələrlə idarə olunan, belə təskinlik tülkülüyü ilə özümüzü məmnun edən misginlərik. bu deyilsə də, oturub baş verənlərdə inanc-din hazəyanlığı, yarlığı arayıb gəzənlər olaraq, özümüzü haqlı çıxaran pozisiyonla vəzifəmizi bitmiş hesab edən əsl qul təfəkkürlü küffarlar yığnağıyıq. baxın, kafir, pozğun, əxlaqsız, ailə instutları dağılmış bir toplum kimi gecə gündüz qələmə verdiyiniz mədəniyyətlərin, kimliklərin təmsilçilərinin həssaslıq və duyarlıqlarına baxın. baxın, görün Qurana, Allaha, Peyğəmbərə onların o səmimiyyət dolu həssaslığı-duyarlılığımı yaxındı, yoxsa bizim müsəlman adı altındakı susqunluğumuz, sükutumuz, karlıq və korluğumuz, hər nöqsanı dində-islamda arayıb bu sionist qətlima hətta havadar çıxmağımızmı? özünüz yapın hesab kitabınızı!

derlər,

olub - qalan ümidlərini sədaqətli yaddaşlara bağlamış unutqan oxucu, 

mədəniyyət və kimlik o deyil e, sənə kimlərsə nə vaxtsa dar günündə əl uzatmadıqları üçün, sən də bu gün kiminsə dar günüdə o heabı yaddaşında götür qoy edib, aparıb eyni siyapır prinsipi və xarlıq yaradan əxlaqı sərgiləyəsən. əsla və əsal bu deyil. Fələstində-Qazzədə törədilənləri bu gün ermənilərə də qarşı kim etsə, erməninin yanında olmaqla mədəniyyət və kimliyə sahib olduğunu isbatlar.

dünyada dönən dolablardan dərs çıxardıb özümə bir sual verdim: avropalı insan qədər nə mədəni, nə həssas deyiləm, mən müsəlman olaraq da öz vəzifəmi layiqincə yerinə gətirmədiyim, islamın şərtlərinə cavab vermədiyim üçün, bəs kiməm? anladım ki, bu dünyada bir insan ya müsəlman olmaldır, ya avropalı, anqlo-sakson. xristian demirəm, avropalı deyirəm. bu dəyərlərin heç biri məndə olmadığı üçün, bu gün mənim bu dünyada yerim varmı, bu dünyada yerim hardadır? əslində mənim kimilərinin bu dünyada vətəni, yeri-yurdu olmamalıdır. ikinci anlamda isə, daha ağırını dilə gətirim: belə bir məqamda qaraçı olmaq, qaraçı adını – kimliyini daşımaq daha yeydir. dünyada qaraçılıq toxunulmaz zonadır. aralıqda quyruğunu belinə atıb o ki var dolanırlar....məsələ bu.

Xanəmir Telamnoğlu

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti