Bir hakimin ziddiyyətli iki qərarı

Bir hakimin ziddiyyətli iki qərarı

 

 

     Belə məhkəmə qərarlarına Zimbavedə də rast gəlmək mümkün deyil


 

Mingəçevir Şəhər Məhkəməsinin hakimi Hüseyn Seyfulla oğlu Mirzəliyev 2008-2013-cü illərdə Tərtər Rayon Məhkəməsinin sədri olub. Ancaq onu hələlik bizə məlum olmayan səbəbdən 2013-cü ildə Tərtər Rayon Məhkəməsinin sədri vəzifəsindən Mingəçevir Şəhər Məhkəməsinin hakimi vəzifəsinə keçiriblər.

Yəni hakim Hüseyn Mirzəyevin karyerasında bir eniş yaşanıb və yuxarıda qeyd etdiyimiz kimi bunun səbəbləri hələlik bizə məlum deyil. Ancaq Hüseyn Mirzəyevin Mingəçevir Şəhər Məhkəməsinin hakimi kimi 2(051)-1872/2018 saylı iş üzrə Şamaxı rayon, Çuxuryurd kənd sakini Mədətov Sahil Abay oğlunun Mingəçevir şəhəri, M.Maqomayev prospekti, ev 54, mənzil 7 ünavanında yaşayan Tağıyev Rauf Rahil oğluna qarşı 4500 manat pul tələbinə dair mülki iş üzrə, 04 sentyabr 2018-ci ildə çıxardığı Qiyabi qətnaməsi ilə 21 dekabr 2018-ci ildə 2 (051)-1872/2018 saylı iş üzrə çıxardığı Qətnamə bir-birinə ziddiyyət təşkil edir.

Başlayaq ondan ki, Mədətov Sahil Abay oğlu ərizə ilə Mingəçevir Şəhər Məhkəməsinə ərizə ilə müraciət edərək Tağıyev Rauf Rahil oğluna qarşı 4500 manat məbləğində pul alınıb ona verilməsi haqqında qətnamə çıxarılmaısnı xahiş edir. Rauf Tağıyev iddiasını belə əsaslandırır ki, 27 fevral 2015-ci ildə cavabdeh Tağıyev Rauf Rahil oğlu ilə kredit müqaviləsi bağlayıb və 10 may, 2015-ci il tarixinə kimi qaytarmaq şərti ilə 4500 manat məbləğində pul borc verib. Lakin cavabdeh üzərinə müqavilə ilə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalır. Məhkəmə iddia ərizəsin araşdırdıqdan sonra Mədətov Sahil Abay oğlunun Tağıyev Rauf Rahil oğluna qarşı 4500 manat pul tələbi üzrə iddiası təmin edərək, Mülki Prosessual Məcəllənin  216-220, 238-241, 357 və 360-cı maddələrini rəhbər tutaraq 04 sentyabr 2018-ci il tarixli Qiyabi Qətnamə çıxarır. Həmin Qiyabi Qətnamədə göstərilir ki, Tağıyev Rauf Rahil oğlundan 4500 manat məbləğində pul alınıb Mədətov Sahil Abay oğluna verilsin. 15 sentyabr 2018-ci ildə isə iddiaçı və cavabdehə Mingəçevir Şəhər Məhkəməsinin 04 sentyabr 2018-ci il tarixli, 2 (051)-1872/2018 saylı Qiyabi Qətnaməsinin sürəti göndərilir.

Sahil Mədətov 4500 manat məbləğində Rauf Tağıyevə verdiyi borcun artıq alınıb geri qaytarılacağına əmin olduğu bir zamanda Mingəçevir Şəhər Məhkəməsinin hakimi Hüseyn Mirzəyev 21 dekabr 2018-ci ildə Mədətov Sahil Abay oğlunun Tağıyev Rauf Rahil oğluna qarşı "Pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MPM-nin 216-220, 238-241, 357 və 360-cı maddələrini rəhbər tutaraq iddiaçının tələbinin təmin edilməməsi haqqında Qətnamə çıxarır. Bunu isə iddia müddətinin keçməsi ilə əsaslandırır. Çox maraqlııdr ki, Azərbaycan Respublikası adından çıxarılan 04 sentyabr 2018-ci il tarixdə Mülki Prosessual Məcəllənin 216-220, 238-241, 357 və 360-cı maddələrini rəhbər tutaraq iddiçı Mədətov Sahil Abay oğlunun iddiasını təmin edərək, cavabdeh Tağıyev Rauf Rahil oğlundan 4500 manat məbləğində pul alınıb iddiaçıya veriməsi haqqında Qiyabi Qətnamə çıxardığı kimi, həmin Mülki Prosessual Məcəllənin  216-220, 238-241, 357 və 360-cı maddələrini rəhbər tutaraq 21 dekabr 2018-ci ildə tamamilə fərqli bir Qətnamə çıxaraıarq Mədətov Sahil Abay oğlunun Tağıyev Rauf Rahil oğluna qarşı pul tələbinə dair iddiası iddia müddətinin keçməsi əsas gətirilərək təmin edilməməsinə qərar verir. İddiaçı və onun vəkilinin iştirak etmədiyi bir məhkəmə iclasının hansı zərurətdən və hansı qanuna istnadən keçirildiyi də məlum deyil. 

Eyni bir hakimin eyni bir məsələ üzrə 2 ay 17 gün müddətində, 04 sentyabr və 21 dekabr 2018-ci il tarixində Azərbaycan Respublikasının adından iki fərqli qərar elan etməsi, bu zaman Mülki Prosessual Məcəllənin eyni maddələrinə istinad etməsi tamamilə anlaşılmazdır. Belə məhkəmə qərarlarına yəqin ki, bir neçə gün bunadan öncə Azərbaycana işgüzar səfərə gələn prezident Emmerson Mnanqaqvanın vətəni Zimbabve Respublikasında da rast gəlmək mümkün deyil.

Bu prosesin maraqlı tərəflərindən biri də odur ki, Ədliyyə Nazirliyinin Mingəçevir Şəhər İcra və Probarsiya Şöbəsi Mingəçevir Şəhər Məhkəməsinin 2 (051)-1872/2018 saylı, 04 sentyabr 2018-ci il tarixli icra sənədi üzrə icraata başlamaq haqqında qərar da qəbul edib. Həmin qərarda isə borclu Tağıyev Rauf Rahil oğluna 10 gün müddətində icranı könüllü təmin etmək təklif olunur. İcra könüllü təmin edilmədikdə isə borclu məcburi icra tədbirləri görülməsi, icra hərəkətlərinin görülməsi ilə bağlı xərclərin də borcludan tutulması əksini tapıb. İndi Ədliyyə Nazirliyinin Mingəçevir Şəhər İcra və Probarsiya Şöbəsinin bu qəarının da taleyi qeyri-müəyyən qalıb. Belə çıxır ki, Ədliyyə Nazirliyinin Mingəçevir Şəhər İcra və Probarsiya Şöbəsi hakim Hüseyn Mirzəliyevin Azərbaycan Respubikasının adından çıxardığı hər iki qərarı icra etmək üçün 04 sentyabr 2018-ci il tarixli Qiyabi Qətnaməyə uyğun olaraq 4500 manat pulu Rauf Taığyevdən alıb Sahil Mədətova verməli, daha sonra 21 dekabr 2018-ci il tarixli Qətnaməyə uyğun olaraq geri qaytarmaqla məhkəmə qərarlarının icrasını təmin etməlidir. Belə bir hala yəqin ki, Zimbavedə deyil, Konqonun ədliyyə tarixində də rast gəlinməyib. 1956-çı il təvəllüdlü Hüseyn Mirzəliyevin tərcümeyi halında isə onun 1990-cı ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirdiyi, 1991- 1992-ci illərdə Yardımlı Rayon Notariat Kontorunda dövlət notariusu, 1992-2000-ci illərdə Ağsu Rayon Dövlət Notariat Kontorunda dövlət notariusu, 2000-2007-ci illərdə Xaçmaz Rayon Məhkəməsinin hakimi, 2007-2008-ci Tərtər Rayon Məhkəməsinin sədri olduğu göstərilir. 2013-ci ildə isə Tərtər rayon Məhkəməsinin sədrliyindən azad olunaraq Mingəçevir Şəhər Məhkəməsinin hakimi təyin olunub. Bir hakimin eyni məsələ ilə bağlı iki fərqli qərarına Azərbaycanın nüfuzlu hüquqşunasının, o cümlədən də Hüseyn Mirzəliyevin məzun olduğu Hüquq fakultəsinin müəllimlərinin də rəyini almağa çalışacağıq. Yazıda adları çəkilən şəxslərin də mövqeyni dinləməyə hazırıq.

İlqar Atabəyli,

"Yeni Sözçü"qəzeti

 



Oxşar Xəbərlər

Xəbər lenti