8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Rəcəb Babaşov Novruz Abdullayevin qarşısında çətin sullar qoyacaq
Arif Əsgərov "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədrliyindən kənarlaşdırıldıqdan, bu vəzifəyə deputat Cavid Qurbanov təyin edildikdən sonra paytaxta baş verən bu mövqe dəyişkənliyinin təsiri Qazax rayonunda da başçı dəyişikliyinə gətirib, çıxardı. Belə ki, Qazax rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərov vəzifəsindən azad edilib, Yardımlı rayonuna göndərildi. Onun yerinə isə Rəcəb Babaşov təyin edildi. Əgər Araz Əsgərov Arif Əsgərovun qardaşı idisə, Rəcəb Babaşov Cavid Qurbanovun adamı kimi tanınır. Rəcəb Babaşov bu təyinata qədər Vergilər Nazirliyinin Bakı Vergilər Departamtində İri Vergi Ödəyiciləri ilə iş üzrə Departamentdə rəhbər vəzifə tutub. Yəni, Rəcəb Babaşov maliyyə işlərini dərindən bilən mütəxəsisdir. Bu isə Qazax rayon Maliyyə idarəsinin rəisi Novruz Abdullayevə bir sıra problemlər yarada bilər. Belə ki, əgər icra başçısı Rəcəb Babaşov Ayaz Əsgərovun zamanında rayona ayrılan maliyyə vəsaitlərinin taleyini araşdırmaq qərarına gəlsə, bir çox aranlıq məsələlərin üstü açıla bilər. İlk olaraq icra başçsı 2014-cü ilin sonunda yaradılmış bir şirkətə, "Tural 2002” Məhdud Məsuliyyətli Cəmiyyətinə yönəldilən təxminən 1.5 milyon manatın taleyi ilə maraqlana bilər. Qeyd edək ki, "Tural 2002” MMC-nin hüquqi ünvanı Qazax rayon, Xanlıqlar kəndində qeydiyyatdadır. 2014-cü ilin nöyabr ayının 27-də dövlət qeydiyyatına alınan "Tural 2002” MMC-nin cəmi 20 manat nizamnamə kapitalı var. Ancaq bütün bunlar bu MMC-nin 2015-ci ildə təxminən 1.5 milyon manatlıq tenderi iki lotda qazanmasına mane olmayıb. Belə ki, yolların təmiri işlərinin satın alınması ilə bağlı 737 min manatlıq tender Qazax rayon İcra Hakimiyyətinin sifarişi ilə keçirilib və qalibi də məhz "Tural 2002” MMC-i olub. Qazax rayon İcra Hakimiyyəti Qazax şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinin sifarişi ilə keçirilən 735 min manatlıq Qazax şəhərində abadlıq işlərinin satın alınması ilə bağlı tenderi də yenə "Tural 2002” MMC-i qazanıb. Təbbi ki, Rəcəb Babaşov bu əməliyyatların mahiyyətini çox yaxşı bilən mütəxəsisdir. Onu belə maliyyə əməliyyatlarında aldamaq qeyri-mümkündür. Buna görə də, icra başçısı sələfinin zamanında xərclənən pulların aqibətinə aydınlıq gətirmək istəsə Qazax rayon Maliyyə idarəsinin rəisi Novruz Abdullayev çətin sullarla üzləşəcək. İcra başçısınn araşdırması bir qədər də dərinləşsə, məsələ hüquq-mühafizə orqanlarının diqqətini çəkəcək. Bu zaman isə məlum olacaq ki, 2014-cü ilin sonunda yaradılan bir şirkət heç bir maddi-texniki bazası olmadan 1.5 milyon manatlıq iki tenderi necə qazanıb. Məsələnin aktuallığını nəzərə alıb, geniş araşdırma aparmağa qərara gəlmişik. Qazax rayonundakı 1.5 milyonluq müammalı maliyyə əməliyyatı ilə bağlı icra hakimiyyətinin başçısı Rəcəb Babaşovun da münasibətini öyrənməyə çalışacağıq. Bu zaman məlum olacaq ki, icra başçısı bu müammalı maliyyə əməliyyatı ilə bağlı hansı addımlar atacaq. Qazax rayon Maliyyə idarəsinin rəisi Novruz Abdullayevin də mövqeyini öyrənməyə çalışacağıq.
A.Eminov