Nazir: Dərmanların qiyməti əvvəlkindən də ucuzdur

Nazir: Dərmanların qiyməti əvvəlkindən də ucuzdur

 

"Ümumilikdə 650 milyon dollara qənaət edilib”.

"Manatın məzənnəsində baş verən dəyişikliklərə baxmayaraq, qiymət tənzimlənməsi nəticəsində dərman vasitələrinin çox hissəsinin qiymətləri tənzimləmədən əvvəlki qiymətlərdən yenə də dəfələrlə aşağıdır”.

Sozcu.info xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində İqtisadiyyat naziri, Tarif (qiymət) Şurasının sədri Şahin Mustafayev bildirib.

Nazirin sözlərinə görə, pərakəndə satış qiymətlərinin təhlili göstərir ki, daha çox tələbat olan, məsələn, xolesterin tənzimləyici, qan durulaşdırıcı, ağrıkəsici, təzyiq, diabet, allergiya və astma əleyhinə, mədə-bağırsaq və sinir sistemi xəstəliklərində istifadə olunan və s. dərmanların qiymətləri dəfələrlə, bir sıra hallarda 5-10 dəfə aşağı salınıb:

"Nəticədə həm əhalinin xərclərinə, həm də dərman idxalı ilə bağlı ölkədən valyuta çıxışına qənaət olunur. Konkret rəqəmlərə istinad etsək, 2014-cü ildə bir qutu dərman vasitəsinin orta idxal qiyməti 3 dollar təşkil etdiyi halda, həmin göstərici tənzimləmədən sonra 1,4 dollar səviyyəsinə enib. 

Təhlillər göstərir ki, tənzimləmə nəticəsində əhalinin və dövlət büdcəsinin dərmanla bağlı xərclərinə il ərzində 400 milyon dollarından çox, idxal olunan dərmanlara görə xaricə ödənilən valyuta vəsaitinə isə 250 milyon dollarından artıq qənaət edilir”, - deyə Ş.Mustafayev sözlərinə əlavə edib. 


Oxşar Xəbərlər

Xəbər lenti