8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Müsahimiz isə deyir ki, " Əsil reallıq budur, gərək xəstələnməyəsən”
Tarif Şurasının dərman vasitələrinin qiymətlərinin bir neçə dəfə dəyişdirməsi və bahalaşdırması ölkə vətəndaşlarını çaş-baş salıb, böyük narazılıqlara səbəb olub.Hətta onların özbaşına qiymətlərin qaldırmasına prezident İlham Əliyev də reaksiya verib. Hal-hazırda isə ölkə başçısının göstərişinə əsasən Şura tərəfindən qeydiyyatda olan 9850 dərman vasitəsinin topdan və pərakəndə satış qiymətləri tənzimlənib. Son məlumatlara görə, Tarif Şurası prezidentin göstərişinə əsasən 7347 dərman vasitəsinin qiymətlərini təsdiq etmiş yeni qiymətlərlə artıq satışdadır. Digər 2503 dərman vasitəsinin yeni qiymətləri isə bu il sentyabrın 1-dən qüvvəyə minəcək. Beləliklə 01.09. 2016-cı il tarixindən etibarən qiymətləri təsdiq edilməyən dövlət qeydiyyatına alınmış dərman vasitələrinin satışı yalnız həmin dərmanların qiymətləri təsdiq olunduqdan sonra həyata keçirilə bilər. Tarif Şurasının növbəti toplantısından sonra idxal dəyəri ilə istifadə 44 faiz dərman vasitələrinin qiyməti 2 dəfədən çox, 25 faizin qiyməti 3 dəfədən çox, ümumilikdə isə 90 faizdən çoxunun qiymətləri endirilib.
Yuxarıda qeyd etdiklərimiz rəqəmlər rəsmi məlumatlarla əsaslandırdıq. Bəs ümumiyyətlə vətəndaşların xidmətində istifadə etdikləri apteklərdə dərman vasitələri doğrudanmı ucuzlaşdırılıb? Yenəmi apteklər Tarif Şurası tərəfindən öz başına bahalaşdırdığı qiymətlərlərlə dərman vasitələri satır ? Bu sualların cavabını tapmaq və apteklərdəki ümumi vəziyyətlə tanış olmaq üçün yolumuzu paytaxtda fəalliyyət göstərən apteklərdən bir neçəsinə saldıq, qiymət durumu ilə tanış olduq və vətəndaşlarla söhbət edib münasibətlərini öyrəndik. Etiraf edək ki, apardığımız sorğu,müşahidə və araşdırmalardan sonra vəziyyətin ürək açan olmadığı qənaətinə gəldik. Tarif Şurasının guya ucuzlaşdırdığı yeni qiymətlər də heç vətəndaşların büdcəsinə uyğun deyil. Necə deyərlər yenə apteklərin əksəriyyəti "od tub yanır ", yəni dərman vasitələri yenə də baha qiymətə satılır və ucuzlaşmayıb. Dərd orasıdır ki, əczaçılar eyni dərmanı başqa-başqa apteklərdə müxtəlif qymətlərə satırlar. Söhbət etdiyimiz vətəndaşların əksəriyyəti ən çox vacib olan dərman vasitələrinin apteklərdən tapılmadığından və olan apteklərdə də çox baha qiymətlərə satıldığından gileyləndilər. Nə olsun ki, Baki şəhərinin hər bir küçəsində demək olar ki, onlarla aptek fəaliyyət göstərir? Apardığımız müşahidələrdən məlum oldu ki, əsasəndə səhiyyə ocaqlarının ətrafında yerləşən bir çox apteklərdə satılan müxtəlif adda olan iynə, dərman vasitələrinin keyfiyyəti aşağı istifadə müddətləri keçmiş və saxlama şəraitləri münasib deyil. Hətta elə apteklər də var ki, orada üstündə istehsal tarixi və saxlama müddəti göstərilməyən dərman vasitələri satırlar. Səbəbini soruşduqda isə satıcı bahənəni müdüriyyətin üstünə atır "gedin müdiriyyətdən xəbər alın” deyir. Bəli elə dərmanların keyfiyyətsizliyi səbəbindən ölkədə dərman vasitələrindən zəhərlənmələrin sayı artıb. Şəhər sakini Xalid İsgəndərov deyir ki, vətəndaşlar ən çox aptek və çörək mağazalarının xidmətindən istifadə edirlər.Buna görə də, işbazlar həm dərmanların, həm də çörəyin qiymətini tez-tez artırırlar. Müsahibimin sözlərinə görə, şəhərdə çoxlu apteklərin olmasına baxmayaraq, belə neqativ hallara qarşı mübarizə aparan və nəzarət edən dövlət qurumu yoxdur. Çünki aptekləri işlədənlərin əksəriyyəti işbazlardır, bu sahənin adamları deyil. Onlar bu sahədən biznes kimi istifadə edirlər və onlar insanların sağlamlığını düşünmürlər. Xalid İsgəndərov daha sonra dedi: Onsuz da qəbul etdiyimiz qida məhsullarının mənşəyi şübhəli,udduğumuz hava çirkli, içdiyimiz sular zəhərli və zərərlidir. İşsizlik bir yandan, az məvacib də əsəb gərginliyi yaradır. Belə həyat tərzi keçirən insanların sağlamlığında tez-tez fəsadlar təzahür olunur. Səhhətlərində problemlərə yol açır və xəstələnmə halları intensivləşir. Məcbursan həkimə və apteklərə müraciət edəsən. Əsl reallıq budur, gərək xəstələnməyəsən. Bu xəstə cəmiyyətdə necə xəstələnməyəsən elə deyilmi ,bəlkə səhv deyirəm? "
"Aptekdən hər dəfə dərman alanda təzyiqim daha da artır”
İntiqam Məmmədov öz fikrini qısaca ifadə etdi: "Yüksək təzyigim var. İyirmi ildən coxdur ki, əziyyət çəkirəm və dərman vasitələrindən istifadə edirəm. Hər dəfə aptekə dərman almağa gedəndə təzyigim bir daha artır. Çünkü qiymətlər tez-tez dəyişilir və bahalaşma gedir. Belə, çıxir ki, aptekləri işlədənlər ölkə başçısinin göstərişinə əməl etmirlər. Başa düşə bilmirəm ki, Səhiyyə Nazirliyi bu özbaşınalıqlara nə vaxt son qoyacaq.”
Bakı şəhər sakini Həcər xanımla "Semaşko” xəstəxanasının yaxınlığında rastlaşdıq. Astma-bronxit xəstəsidir. Əlindəki dərman qutusunu göstərib dedi ki, bu dərmandan ötrü şəhəri dövrə vurdum, hər aptek bir qiymətə satır , 60,70 və 80 –manata, axırda küçənin o tərəfindəki aptekdən 50 manata tapdım. Artıq dərmanara pul verməkdən bezmişəm.Hökumət bu bahalığin qarşısını niyə almır?
Paytaxtın " 28” May küçəsindəki apteklərdən birində işləyən İsmayıl adlı əczaçı deyir ki, bir çox dərman vasitələrinin tapılmaması doğrudur. Elə dərmanlar var ki, vətəndaşlar sifariş verəndə tapıb gətirirlər. Müsahibim söylədi ki, bəzi həkimlər xəstənin reseptinə bilərəkdən bahalı və çətin tapılan dərman vasitələri yazırlar və bizdə maddi vəziyyətləri ağır olan belə vətəndaşlara bkömək etməyə çalışırıq. İsmayıl bir çox dərman vasitələrində qiymət artımıni etiraf etdi. O, həm də tezliklə qiymətlərin tənzimlənməsinə inanır.
Bəli, Baki şəhərinin apteklərində vəziyyət bu cür mürəkkəbdir. Apardığımız müşahidələrdən belə bir nətiyə gəldik ki, Tarif Şurası hələ də vətəndaşları aldadır və əksər apteklərdə qiymətlər tənzimlənməyib. Müsahim Xalid dayı demişkən "əsil reallıq budur gərək xəstələnməyəsən”...
Elman Maliyev,
"Yeni Sözçü” qəzeti