Tramp həyatında etdiyi “ən axmaq” işi açıqlayıb
“Apple” 20 illik yubileyə özəl “iPhone 20 Pro Max” hazırlayır
Azərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
Azərbaycanda 9 idarə ləğv edildi -
Rəsmi
DOST xidmətləri artıq İmişlidə
Foto
Elmar Vəliyevə aid olduğu deyilən bazar 18 milyona satılır -
Fotolar
Əcnəbi turistlərin azalma səbəbi bəlli oldu
Neft qiymətləri psixoloji həddən yuxarıda: Artım davam edir
Cəbrayılda minaya düşən şəxsin vəziyyəti açıqlandı
Yevlax sakini həmyerlisini qətlə yetirdi
Ətin qiyməti niyə od tutub yanır?
Yeni postlar, yeni adlar:
Prezident kimlərə vəzifə verib?
Əvvəlki
Sonrakı
BAKIDA ƏMLAK QİYMƏTLƏRİ YENİDƏN ARTDI
Regionlar üzrə qiymətlər + CƏDVƏL
7-07-2026, 21:32
Prezident ARDNF ilə bağlı ÖNƏMLİ QƏRARI təsdiq etdi
7-07-2026, 01:18
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
26-06-2026, 21:14
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı
-FOTO
23-06-2026, 12:29
Bakının bəzi ərazilərində işıq kəsiləcək
23-06-2026, 00:52
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Cavanşir Feyziyevlə bağlı rəsmi araşdırma niyə aparılmır?
“Azərbaycanın Baş Prokurorluğu Milli Məclisin deputatı Cavanşir Feyziyevin ailə üzvlərinin vəsaitinin çirkli pulların leqallaşdırılması şübhəsi ilə dondurulması və müsadirəsi barədə rəsmən məlumatlandırılmayıb”.
Sozcu.info xəbər verir ki, bu sözləri “Yeni Müsavat”a Baş Prokurorluğun Mətbuat Xidmətinin böyük prokuroru Kənan Zeynalov deyib.
Baş Prokurorluğun rəsmisi deyib ki, onlara qeyd edilən məsələ ilə bağlı rəsmi məlumat daxil olmayıb: “Ona görə də tərəfimizdən bununla bağlı şərh verilmir”.
Cavanşir Feyziyevin və ailəsinin biznes fəaliyyətinin şəffaf olub-olmadığı araşdırılırmı? Araşdırılmalıdırmı?
Kənan Zeynalov bu suallara “tərəfimizdən bununla bağlı şərh verilmir” deməklə kifayətlənib.
Böyük Britaniyanın Milli Cinayət Agentliyi (NCA) Milli Məclisin deputatı, Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyevin bank hesablarındakı 5.6 milyon funt-sterlinqi (7.5 milyon dollar) müsadirə edib. Agentliyin məlumatında qeyd olunur ki, bank hesablarında daha öncədən dondurulmuş 15.3 milyon funt-sterlinq vəsaitdən 5.6 milyonun müsadirəsi barədə order çıxarılıb. Aparılan araşdırma nəticəsində deputatın həyat yoldaşı Pərvanə Feyziyeva, oğlu Orxan Feyziyev və qardaşı oğlu Elman Cavanşirin adına olan 6 hesab barədə sərəncam verilib. Sərəncamda həmin vəsaitlərin mənbəyinin pul yuma şirkətləri olduğu qeyd edilir. Böyük Britaniyanın mənbəyi bəlli olmayan varidatları aşkara çıxaran Milli Cinayət Agentliyi Feyziyevin ailə üzvlərinin vəsaitlərini Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsinin (“Organized Crime and Corruption Reporting Project” - OCCRP) “Azərbaycanın pulyuyan maşını” adlı araşdırmasından sonra başlayıb. Araşdırmada ən azı 2,9 milyard dolların ölkədən qanunsuz yolla çıxarıldığı və çirkli pulların yuyulmasında ixtisaslaşan şirkətlər vasitəsilə leqallaşdırıldığı iddia edilir. Araşdırmaya görə, pulyuma şəbəkəsinin xidmətlərindən Feyziyevin təsisçisi olduğu “Avromed” şirkəti də istifadə edib. Azərbaycan hüquq-mühafizə orqanları isə hələ ki pulyuma iddialarını araşdırmaq niyyətində deyil.
Təhqiqatçıların qənaətinə görə, Cavanşir Feyziyevin yaxınlarının bank hesablarına vəsaitlər Estoniya və Latviyadakı bank hesabları işlədən saxta şirkətlər vasitəsilə dövr edilib. Bu transferlərin bəzilərinin sənədləri, invoys və kontraktları olub, onlara legitim biznes tranzaksiyaları dəstəyi verməyə çalışıblar.
Vestminister Magistr Məhkəməsində 3 həftəlik dinləmədən sonra hakim Con Zani bu sənədlərin tamamilə saxta olması, məqsədin pulyuma fəaliyyətini pərdələmək olmasına yetərincə dəlil olması qənaətinə gəlib. Bank hesablarındakı 15.3 milyon funt-sterlinq vəsaitdən 5.6 milyonun müsadirəsi barədə order çıxarılıb.
Hüquqşünas Əkrəm Həsənov deyib ki, deputatın Londonda müsadirə edilən vəsaitləri ilə bağlı Azərbaycanda da araşdırmaların başlanması üçün kifayət qədər əsaslar var:
“Mütləq deyil ki, kimsə şikayət versin. Əgər cinayət şübhəsi varsa, bununla bağlı araşdırma aparılmalıdır. Bu məsələ ilə bağlı araşdırmaların başlanması üçün Azərbaycan mətbuatında yazılanlar kifayətdir. Mümkündür ki, prokurorluq artıq araşdırmalara başlayıb. Amma açıqlamağa tələsmirlər. Deputat yox, adi insan olsaydı, aşağı prokuror səviyyəsində bunlar artıq bunu başlayardılar. Son vaxtlar biz görürük ki, mətbuatda kimsə çıxır nəsə deyir, sosial şəbəkələrdə nəsə yazır və buna görə də prokurorluq hərəkətə keçir, tədbir görürlər. Ola bilər ki, burada söhbət deputatdan getdiyi üçün bunu adi prokuror eləməyəcək. Gözləyirlər ki, ən yüksək prokurorluq səviyyəsində kimsə desin, başlasınlar. Təəssüf ki, bu gün qərarlar belə verilir. Bu gün Azərbaycan vətəndaşları iki qrupa bölünürlər. Bir böyük qrupdur, bir də ki, adi xalqdır. Adi xalq banka dollar almağa gedirsə, soruşurlar ki, pulu haradan qazanmısan? Deputatın misalında isə söhbət o boyda puldan gedir. Düşünürəm ki, sadəcə, hələlik öyrənirlər ki, buna qarşı nəsə etmək olar, olmaz. Olarsa, nə səviyyədə olar. Mən hesab edirəm ki, prokurorluq ən azından bu məsələni araşdırmalıdır. Bu gün prokurorluq rəhbərliyi qurumun Beynəlxalq Əlaqələr İdarəsinə tapşırmalıdır ki, xarici dövlətlə əlaqələri saxla, məlumatları topla, baxaq görək işin içində nə var, nə yox. Əminəm ki, hansısa səviyyədə addımlar atılır. Sadəcə, mətbuata hələlik məlumat vermirlər. Mümkündür ki, deputat artıq dindirilir, onunla söhbətlər aparılır, izahatlar alınır. Mən bunu istisna etmirəm. Sadəcə, bizdə prokurorluq kiminsə haqqında açıqlama verəndə biz artıq yəqin edirik ki, adam cinayətkardır. ”Bu niyə belədir" sualı yaranır. Çünki bilirik ki, Azərbaycanda dövlət məmurlarının əksəriyyəti korrupsionerdir. Bunu bildiyimiz üçün prokurorluq kimsənin barəsində məlumat yayanda, deyirik ki, cinayətkardır. Azərbaycan Prokurorluğu da bu məsələ ilə bağlı gecikmədən araşdırmalara başlamalıdır".
Hüquqşünas Cavanşir Feyziyevin, ailə üzvlərinin külli miqdarda vəsaitin ölkədən çıxarmasının səbəblərinə də toxunub: “Bu məsələ çox maraqlı bir məqamı da ortaya çıxardı. Azərbaycanlı məmurlar pullarını ölkədə saxlamaq istəmirlər. Fərqi yoxdur, pul halal qazanılıb, haram yolla əldə edilib. Böyük pullara sahib olan adamlar görürlər ki, ölkədə qanunun aliliyi yoxdur. Görürlər ki, məhkəmə-hüquq sistemi normal işləmir. Görürlər ki, kapitallarına təhlükə daimidir. Bütün dünyada ilkin kapitalın mənbəyi 99 faiz cinayət yolu ilə əldə edilib. Oğrular, quldurlar, adam öldürənlər böyük pullar əldə ediblər. Hər yerdə belə olub, Birləşmiş Ştatlardan tutmuş həmin o Böyük Britaniyaya qədər belə olub. Amma tarixin müəyyən dönəmində deyiblər ki, ”stop", bu gündən cinayət yolu ilə əmlak əldə etmə dayandırılır, əmlaklarınızı tanıyırıq, bundan sonra cinayət yolu ilə varidat əldə edənlər qanun qarşısında cavab verəcəklər. Bu bizdə hələ baş verməyib. Ona görə də heç kəs burada əmlakına görə təminatlı deyil. Yəni istənilən adamın evini də, malını da, mülkünü də əlindən ala bilərlər. Ona görə də bu gün vəzifədə olan, pulu çox olan adamlar pullarını ölkədən çıxarmağa can atırlar. Bu gün Azərbaycanda vəzifə sahibi olanların əksəriyyətinin pullarının əsas hissəsi xaricdədir. Bir hissəsini isə Azərbaycanda ona görə saxlayırlar ki, burada həmin pullarla daha çox qazanmaq mümkündür. Azərbaycanda bina tikintisinə qoyulan hər 10 manat 100-lə manat gəlir gətirir. Xaricdə isə bu mümkün deyil.
Bunun əsas pis tərəfi budur ki, bu adamlar Azərbaycanın gələcəyinə inanmırlar. Bu gün Azərbaycan parlamentində 1991-ci il 18 oktyabrda Müstəqillik Aktının əleyhinə səs verən adamlar deputat olaraq oturublar. Bu adamlar lap əvvəldən müstəqilliyin əleyhinə səs veribsə, deməli, Azərbaycanın dövlət olaraq ayaqda qalacağına inanmırlar. Amma indi deputatdırlar. Çox təəssüf ki, Azərbaycanda seçicilər öz deputatlarını adları kriminal olaylara qarışandan sonra tanıyırlar. Yəni ona görədir ki, bunlar bu adamların çoxu, hamısı yox, əksəriyyəti bu dövlət üçün işləmir, dövlətin gələcəyini də görmür, ona görə də aparıb pullarını Böyük Britaniyaya qoyurlar. O qədər bisavaddırlar ki, tarixi də bilmirlər. Bilmirlər ki, Böyük Britaniya pul qoymaq üçün ən təhlükəli yerdir. Sadəcə, xatırlasınlar ki, yüz il əvvəl, Rusiya inqilabından sonra rus zadəganları Böyük Britaniyaya qoydurları pullarını almaq istəmişdilər. Lakin inqilabdan sonra heç bir rus zadəganı oradan pulunu ala bilmədi. Böyük Britaniya həmişə belə edir. Bunu bilmək üçün tarixə nəzər salmaq kifayətdir".
Oxşar Xəbərlər
Azərtac Feyziyevi müdafiə edən yazını sildi - Nə baş verir?
Deputatın 27 yaşlı oğlu bu dövlət qurumunun 1,2 milyon manatlıq tenderində qalib oldu
Deputat Cavanşir Feyziyevin oğluyla bağlı şok iddia - - 1 mln. 176 min manatlıq şübhəli müqavilə
Daha bir deputatın mandatı ləğv oluna bilər
Xəbər lenti
Tramp həyatında etdiyi “ən axmaq” işi açıqlayıb
“Apple” 20 illik yubileyə özəl “iPhone 20 Pro Max” hazırlayır
Bakıya DƏHŞƏTLİ İSTİLƏR gəldi -
Əhaliyə TƏCİLİ xəbərdarlıq
Qaraciyəri TƏRTƏMİZ edən bitki çayları -
MÖCÜZƏ
Azərbaycan neftinin qiyməti ilə bağlı VACİB XƏBƏR
41 dərəcə isti gözlənilir -
ƏHALİNİN DİQQƏTİNƏ
Dizinə antibiotik iynəsi vuran kişi öldü
Azərbaycanda 9 idarə ləğv edildi -
Rəsmi
DOST xidmətləri artıq İmişlidə
Foto
Külək güclənəcək -
XƏBƏRDARLIQ
Bakıda DƏHŞƏTLİ AVTOBUS QƏZASI:
20-dən çox şəxs xəsarət aldı - VİDEO
Əhaliyə xəbərdarlıq edildi - Şənbə və bazar günləri...
Armudun bilmədiyimiz faydaları
Elmar Vəliyevə aid olduğu deyilən bazar 18 milyona satılır -
Fotolar
Əcnəbi turistlərin azalma səbəbi bəlli oldu
Neft qiymətləri psixoloji həddən yuxarıda: Artım davam edir
Cəbrayılda minaya düşən şəxsin vəziyyəti açıqlandı
Yevlax sakini həmyerlisini qətlə yetirdi
Cəbrayılda mina partlayıb, 47 yaşlı şəxs xəsarət alıb
Ətin qiyməti niyə od tutub yanır?
"Bir helikopter ayırın, uşağım tapılsın" -
Dənizdə boğulan Elgünün anası
Sabah Bakıda 38, rayonlarda 39 dərəcə isti olacaq
Yeni postlar, yeni adlar:
Prezident kimlərə vəzifə verib?
Türkiyədə həyat İFLİC OLDU
Azərbaycanlı dənizçilərin olduğu gəmi vuruldu -
Fotolar
"İdrak" liseyində müəllimə silahlı hücum işi -
Sabah növbəti məhkəmə keçiriləcək
Azərbaycan nefti heyrətləndirdi-
YENİ QİYMƏT
Həmin sürücüləri 100 manat cərimə gözləyir —
Açıqlama
Azərbaycanda taksi fəaliyyəti dəyişir —
Açıqlama
İlham Əliyev müəllimlərin geyimi ilə bağlı dəyişikliyi - Təsdiqlədi
Rüfət Əhmədzadənin meyiti aşkarlandı
Futbola görə metronun iş rejimi dəyişdirilir
Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir -
Hikmət Hacıyev
"Arzum" bu şərtlərlə azadlığa çıxdı
İsti havada yatmazdan əvvəl niyə soyuq duş qəbul etmək olmaz?
Beş yaşlıların məktəb seçiminə başlandı
İnternet bəhanəsi ilə sürücünün kartındakı 700 manatı mənimsədi
"Arzum"la bağlı yeni xəbər -
Sabah...
İlham Əliyevin Mertslə təkbətək görüşü keçirilir
"Prado" aşdı, 4 nəfər yaralandı
Nigarın şirkəti fəaliyyətini dayandırdı
Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlıq üzrə birgə bəyannamə imzalanacaq
Sabah 38 dərəcə isti olacaq
22 iyul –
sözün rəsmi ifadəsi günü
Yatmazdan əvvəl bunu edin:
Həm dərin yatın, həm də xoşbəxt oyanın
4 rayonda İŞIQ OLMAYACAQ
Neft qiymətləri düşür:
Bazar nəyə reaksiya verir?
Məhəmmədəli Qəribli 50 illik yubileyi münasibəti ilə təltif edilib
-Foto
Bələdiyyə sədrinin qardaşı lotoreyada BÖYÜK MƏBLƏĞDƏ PUL UDDU
Zaur Baxşəliyev çəkisi ilə bağlı tənqidlərə belə cavab verdi
PRİZMA
Azər Məmmədov: “Şuşa Qlobal Media Forumu siyasi məzmunu və verdiyi strateji mesajlar baxımından önəmli beynəlxalq platformaya çevrilib”
-Müshibə
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
SOSİAL
1
2
3
4
5
6
Bakıya DƏHŞƏTLİ İSTİLƏR gəldi -
Əhaliyə TƏCİLİ xəbərdarlıq
Qaraciyəri TƏRTƏMİZ edən bitki çayları -
MÖCÜZƏ
41 dərəcə isti gözlənilir -
ƏHALİNİN DİQQƏTİNƏ
Külək güclənəcək -
XƏBƏRDARLIQ
Əhaliyə xəbərdarlıq edildi - Şənbə və bazar günləri...
Armudun bilmədiyimiz faydaları