Deputatın 27 yaşlı oğlu bu dövlət qurumunun 1,2 milyon manatlıq tenderində qalib oldu

"İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" Publik Hüquqi Şəxsi tərəfindən keçirilən tender müsabiqəsinin (Təkliflər sorğusu) qalibi fərdi sahibkar Cavanşir Orxan Cavanşir (VÖEN – 1404799542) olub.
Sozcu.info xəbər verir ki, fərdi sahibkar Cavanşir Orxan “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi”nə 1 il müddətinə ofis və anbar kompleksi icarəyə verəcək. 
Qeyd olunan ofis və anbar kompleksinin icarəsi üçün “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” Cavanşir Orxana 1 milyon 176 min manat ödəyəcək. 
Məlumat üçün bildirək ki, 1994-cü il təvəllüdlü Cavanşir Orxan Cavanşir millət vəkili Cavanşir Feyziyevin oğludur.


Oxşar Xəbərlər

Xəbər lenti