Əhalinin nəzərinə: Bakının bu hissəsində qaz yoxdur

Əhalinin nəzərinə:

 

Xətai rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz” İstehsalat Birliyindən  verilən məlumata görə, qaz xətlərinin kipliyinin yoxlanılması ilə əlaqədar avqustun 16-da, saat 10:00-dan 17:00-dək Bakının Xətai rayonunun Babək prospektində, həmçinin Yusif Səfərov və Əbilov küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

İB yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət etmələrini xahiş edir.



Oxşar Xəbərlər

Xəbər lenti