Gürcü xəbər portalı: “42 milyard qaz ehtiyatı ilə Gürcüstan dünya xəritəsini dəyişə bilər”

 

 

Gürcüstanın "Energetika Akademiyası”nın prezidenti Revaz Arveladze nin açıqlamasına görə, Kaxeti regionunun Saqareco rayonunda 42 milyard m3 təbii qazın aşkar edilməsi Gürcüstan üçün çox böyük güzəşt olacaq. Ekspert belə hesab edir ki, hər il quyudan 2 milyard m3 qaz çıxarılarsa import mütləq azalacaq. R.Arveladzenin fikrincə, Gürcüstanın ən böyük iqtisadi problemi ondadır ki, ölkənin təbii resursları, yəni nefti və qazı yoxdur. Lakin Saqarecodakı quyuda aparılan ilkin araşdırmalar onu göstərir ki, gələcəkdə Tiflis öz qazını xarici ölkələrə tədarük edə bilər. O, deyib ki, Azərbaycanın Şahdəniz kəmərindən neft və qazın müəyyən qədəri Gürcüstana pulsuz, müəyyən qədəri də güzəştli şəkildə düşür.

Ekspert deyib ki, Saqareco rayonunun Yormuğanlı(Qaraçöp) quyusunda 42 milyard m3 təbii qazın geoloji ehtiyatının mövcudluğunu ABŞ-ın "Phrontera” şirkəti də təsdiqləyir. Şirkətdən bildiriblər ki, artıq "Mtsare Xevi” quyusunda qazın çıxarılmasına və distribusiyasına başlanılıb. O, bunun tarixi hadisə və gələcəkdə Gürcüstanın enerji-daşıyıcısı cəhətdən heç kimdən asılı olmayacağına səbəb olacağını söyləyib. R.Arveladze əmindir ki, məsələ ilə bağlı Gürcüstanın Energetika Nazirliyi tərəfindən ictimaiyyətə məlumat veriləcək. Hələ ki, nazirlik bu haqda heç bir açıqlama vermək fikrində deyi. Gürcü mediası yazır ki, əgər ekspetin dedikləri hakimiyyət tərəfindən rəsmi şəkildə təsdiqlənərsə, onda Gürcüstan 42 milyard m3 qaz ehtiyatı ilə dünya xəritəsini dəyişə bilər.

Niyazi Hüseynov


Oxşar Xəbərlər

Xəbər lenti