Göygöl rayonunda daha bir MƏMUR HOQQABAZLIĞI... - SƏN DEMƏ...


Göygöl rayonunda daha bir məmur özbaşınalığının üstü açılıb.

Sozcu.info xəbər verir ki, Demokratik.Az-a rayonun Göyçəkənd kənd sakini İsayev Asif Maqsud oğlunun bildirdiyinə görə, Kərimov Yusif Cavanşir oğlu sözügedən kəndin icra nümayəndəliyində mühasib ştatı üzrə maaş alsa da uzun müddətdir ki, işə gəlmir. Asif İsayev idda edir ki, mühasib nümayəndəliyin mühasibatlıq işlərini kənardan idarə edə-edə illərdir ki, rayonun Topalhəsənli kəndində fəaliyyət göstərən "Su Səsi" restoranına administratorluq-mühasiblik edir.

Vətəndaş hesab edir ki, mühasibin bu hərəkəti əmək qanunvericiliyinin pozulmasıdır, dövlət büdcəsindən maaş almaqla restoranda pul qazanmaq dövlət qulluqçusu adına sayqısızlıqdır.

Sözü gedən məlumatı ictimailəşdirməklə Göygöl rayon icra hakimiyyətinə də göndəririk. İnanaq ki, hazırda özünü xəstəliyə vurub bülleten açdıran mühasib qanunvericiliyin tələbinə əməl edib hər gün öz işinin başında olacaq.

Onu da bildirək ki, "Su Səsi" restoranı Gəncənin sabiq polis rəisi Faiq Şabanova məxsusdur.



Oxşar Xəbərlər

Xəbər lenti