8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
“Avropa hər şeyə hazırdır”.
Xarici mediaya xəbər verir ki, bu fikiri politoloq Rostislav İşçenko səsləndirib
İşçenkonun sözlərinə görə, Moskva ilə münasibətlərdə gərginliyin artmasının qarşısını almaq üçün Avropa İttifaqı yüksəkdən bağırır. Qərb yeməyə və isinməyə heç nə tapmadığını, ümumiyyətlə bu sanksiyaların heç kimə lazım olmadığını deyir:
“Biz barışmalıyıq. Və Ukraynanın dörddəüç hissəsini ruslara verməliyik. Qoy onlar artıq sakitləşsinlər və biz Merkel nənənin hər şeyin bol olduğu parlaq dövrünə qayıdaq. Amma bunların baş verməyəcəyi artıq bəllidir”, – ekspert vurğulayıb.
Qeyd olunub ki, Ukrayna ərazisində baş verən qarşıdurma Şimali Atlantika Müqaviləsi Təşkilatına daxil olan dövlətlər arasında nəinki çoxlu fikir ayrılıqları yaradıb, həm də onları tamamilə fərqli üç ayrı düşərgədə toplaşmağa məcbur edib.
“Hazırda Şimali Atlantika Alyansı üç düşərgə ilə təmsil olunur: “şahinlər”, “göyərçinlər” və “dəvəquşu”. Təşkilat üzvləri bəyan edirlər ki, təkcə Kiyev hakimiyyətinin Donbass və Krım ərazisi üzərində nəzarəti qaytarmasına nail olmaq lazım deyil, həm də Rusiyaya o qədər güclü zərbə vurulmalıdır ki, o, gələcəkdə heç bir addım ata və qonşularına təhlükə yarada bilməsin”.
Müşviq Tofiqoğlu