Təhsil sistemində növbəti qalmaqal


Müəllimlərin imtahanının nəticələri ləğv olunmalıdır”

Bir neçə gün öncə sosial şəbəkələrdə MİQ (müəllimlərin işə qəbulu) müsabiqəsinin imtahan mərhələsində riyaziyyat fənni üzrə test tapşırıqlarının maddi maraq qarşılığında əvvəlcədən ötürülməsinə dair məlumatlar yayılıb. Bu isə cəmiyyətdə narazılığa və geniş müzakirələrə yol açıb. Təhsil Nazirliyi və tabeliyindəki Təhsil İnstitutu yayılan məlumatla bağlı rəsmi açıqlama yayaraq, sözügedən qayda pozuntusunu təsdiqləyib.

Müəllimlərin işə qəbulu müsabiqəsi üçün elektron sənəd qəbulu iyunun 4-dən 11-dək aparılıb. Müsabiqəsinin test imtahanı iyunun 15-dən iyulun 31-dək olacaq. İddialara görə,  maddi tərəfi düşünən bəzi işbazlar sualların alış-verişində iştirak ediblər. Yenə də həmin işbazlar tərəfindən riyaziyyat fənninə aid olan üç sual öncədən müəllimlərə çatdırılıb. Ekspertlər istisna etmirlər ki, eyni hadisə başqa fənnlərdə də yaşanıb. MİQ imtahanında qarşıdakı günlərdə səhvlərin olub-olmayacağı isə sual altındadır. Bütün hallarda məhz riyaziyyat fənnindən keçirilən imtahanın nəticələri ləğv olunması və imtahanın təkrar keçirilməsi təklif edilir.

Aliment Fondu - Nailə İsmayılova, Məleykə Əlizadə - YouTube

Məleykə Əlizadə

Təhsil eksperti Məleykə Əlizadə “Yeni Müsavat”a bildirdi ki, imtahan nəticələrinin ləğv olunması, yenidən imtahan təşkil olunması ilə bağlı təkliflər yalnız araşdırmanın yekunlarından  sonra dəyərləndiriləcək: “Əgər ümumi nəticələrə ciddi təsir qeydə alınsa, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri imtahan nəticələrinin ləğv olunması ilə bağlı çıxış edəcək. Əks halda, yüzlərlə insanı yenidən imtahana toplamağa ehtiyac olmayacaq”.

İlqar Orucov: “Elm məmurlaşmış, bürokratikləşmiş adamların rəhbərliyi  altında heç zaman inkişaf edə bilməz”

 İlqar Orucov 

Təhsil eksperti İlqar Orucov “Yeni Müsavat”a mövzunu şərh edərkən bildirdi ki, araşdırmanın nəticəsinə görə imtahan suallarından 3-ü öncədən müəyyən insanların əlinə keçib: “Düşünmürəm ki, bu 3 sual biliyinə güvənən şəxslərin nəticələrinə ciddi təsir göstərsin. Şou düzəltmək lazım deyil. Təklif edirəm ki, prosesi təhlil edək. Faktın aşkar olunması təqdirəlayiqdir. Hesab edirəm ki, müəllimlərin prosesə maraq göstərməsi

sevindiricidir. İnsanlar anlamağa başlayıblar ki, cəmiyyətin inkişafı, təhsilin keyfiyyəti birbaşa təhsilverənlərdən asılıdır. Bir neçə il öncə müəllimlərin işə qəbul prosesində ”tapşırıq", rüşvət rol oynayırdı. Hazırda isə belə hal müşahidə olunmur. Prosesi şəxsən monitorinq etmişəm, imtahanlar obyektiv və şəffaf keçirilir. Sadəcə imtahanların keyfiyyətinin artırılması barədə düşünməliyik. İmtahan nəticələrinin ləğv olunmasının tərəfdarı deyiləm".

Təhsil eksperti Adil Vəliyevin fikrincə, imtahan yenidən keçirilməlidir: “Sualların çətin, vaxt aparan olması ilə bağlı iddialar var idi. Təhsil Nazirliyi iki qərar verə bilər: ya ötürülmüş suallara görə bütün iştirakçılara tam bal verilməlidir, ya da imtahan yenidən təşkil olunmalıdır. Birinci variantda haqsızlıq olar. İmtahan yenidən keçirilərsə, daha məsuliyyətlə yanaşılmalı, xoşagəlməz halların yaşanmaması üçün bütün mümkün vasitələrdən istifadə olunmalıdır. Düşünürəm ki, yay aylarında Təhsil Nazirliyinin iş yükü çoxalır. Bunu nəzərə alaraq, MİQ-in Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilməsini təklif edirəm”.



Oxşar Xəbərlər

Xəbər lenti