"Azəriqaz" vətəndaşa qarşı qoçuluq edir - Məhkəmə qərarını da saya salmır...


Sahibkar Əliyev Orxan Rafiq oğlu ölkə rəhbərliyinə giley dolu müraciət ünvanlayıb.

Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Cənabları tərəfindən yeridilən uğurlu siyasətin nəticəsidir ki, Ölkədə sahibkarlığın inkişafına geniş imkanlar yaradılmışdır. Möhtərəm Prezidentimizin sahibkarlara olan diqqət, qayğısından mən də yararlanaraq kiçik sahibkarlıqla məşğul oluram.

Əfsuslar olsun ki, bəzi məmurlar sahibkarlara süni maneələr yaratmaq kimi köhnə vərdişlərindən ya əl çəkə bilmir, ya da çəkmək istəmirlər.

İcarədarı olduğum Sumqayıt şəhərində yerləşən “Zəngəzur” kafesinə “Azəriqaz” İB-nin nümayəndələri tərəfindən yazılmış-3500 AZN dəyərində olan cərimə aktı Sumqayıt şəhər Məhkəməsinin Qərarı ilə silinmişdir. Sumqayıt Appelyasiya Məhkəməsi də Qərarın qüvvədə saxlanmasına dair 2(085)-319/2019 saylı Qətnamə qət etmişdir. 3 ildən çox vaxt keçməsinə baxmayaraq, Azəriqaz İB Məhkəmə Qərarını icra etmir.

Xətai Rayon İcra və Probasiya şöbəsi də öz işinə biganə yanaşır.

Dəfələrlə etdiyim müraciətlərə baxmayaraq borc hesabımdan silinmir.

Azərbaycan Respublikası Adından çıxarılan Məhkəmə Qərarı“Azəriqaz” İB tərəfindən 3 ildir ki icra edilmir.

Görünür bəzi məmurlar qəflət yuxusundadırlar. Hələ də Ali Baş Komandanın çıxışlarından xəbərsizdirlər.

Sizdən xahiş edirəm Sumqayıt Appelyasiya Məhkəməsinin 2(085)-319/2019 saylı Qətnaməsini icra etməyən “Azəriqaz” İB-nin tərəfindən icra edilməsi, bu işdə bütün məsul şəxslər barəsində inzibati tədbir görülməsi üçün aidiyyatı üzrə göstəriş verərək məndən Öz köməyinizi əsirgəməyəsiniz.

Öncədən Sizə minnətdarlığımı bildirirəm".

Məsələ ilə əlaqədar dia.az olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...




Oxşar Xəbərlər

Xəbər lenti