8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin tabeliyində olan 11 saylı cəzaçəkmə müəssisəsinin tibbi sanitar hissəsində cəza çəkən məhkum, ikinci qrup əlil Səmədov Əli Azər oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Hurriyyet.az onun məktubunu olduğu kimi dərc edir:
“Bildirmək istəyirəm ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin cəzaçəkmə müəssisələrində həqiqi xəstəliyi olan kimsəsiz, şikəst, birinci Qarabağ döyüşlərində iştirak edən, həm şəhid, həm də qazi ailəsindən olan məhkumlar hal-hazırda intihar etməkdən başqa heç bir çarə tapa bilmirlər. Çünki onlar Tibb Baş İdarəsinin rəis müavini İftixar Qurbanovun göstərişi əsasında “Forma 88” komissiyasından keçirilmirlər. Səbəb isə müəyyənləşdirilmiş məbləğdə rüşvətin ödənilməməsidir.
Bu rüşvətləri müalicə müəssisəsində ödəyə bilən məhkumlar dərhal komissiyadan keçir və əlillik ala bilmələri üçün sənədləri Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilir. Yəni, el arasında belə bir misal var: "Damara baxıb qan alırlar".
Təəssüflər olsun ki, rüşvət faktları Nizami rayon Prokurorluğunda araşdırılmır.
Həyatdan küsmüş məhkumlar indi isə daha şərəfsiz, xalq düşməni olan bir qurumla üz-üzə qalırlar. Millətimin düşməni olan Sahil Babayev və onun gizlin sevgilisinin rüşvətxor anası Mətanət Məmmədovanın göstərişi ilə məhkumların əlillikləri təsdiq edilmir. Hansılar ki, SPİD xəstələri, ağır ürək xəstələri və polineropatiya kimi ağır xəstəliklərin daşıyıcılarıdır.
Qeyd edim ki, Mətanət Məmmədova birinci qrup əlillikləri 5 (beş) min manat müqabilində təsdiq edən komissiyanın idarə heyətinin sədr müavinidir. Çarəsiz məhkumlar bu şəxslərin ailələrinə və özlərinə lənət oxumaqla kifayətlənmək məcburiyyətində qalırlar. Çunki biz məhkumların hüquqlarını qoruyacaq nə bir Ombudsman, nə də bir dövlət qurumu yoxdur. Əgər belə bir qurum, belə şərəfli bir məmur varsa, bilsin ki, mən 26 iyul saat 6:00-dan aclıq aksiyasına start verirəm. Niyyətim ya hüquqlarımın bərpa edilməsi, ya da ölməklə son tapacaqdır.
İnanıram ki, sizin kimi şərəfli jurnalistlər və sayt rəhbərləri bizlərə mənəvi dəstək olacaq və müraciətimi ictimaileşdirəcəksiniz
Hurriyyet.az
Redaksiyadan: Mövzunu davam etdirəcəyik. Yazıda adı qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq