Nizami polisi prokurorluğun “nəzarətində” oğurladığı qazinin əmlakını qaytarmır - Prokurorluq cinayəti və cinayətkarları himayə edir?!


Prokuror” sözünün latın dilindəki “procurare”dən götürülməsi, “ qayğısına qalmaq  , himayə etmək” anlamını verməsi bəllidir. Qanunların icrasına və tətbiqinə nəzarət etməklə qanunçuluğu, dövləti himayə etməli olan prokurorluq orqanları gerçəkdə qanunsuzluğu, dövlətin adından cinayəti himayə edir,  cinayətkarların qayğısına qalır. Bizi “baltanı kökündən vurmaqda” qınayanların diqqətinə  hərbi prokurorluğun “Tərtər cinayəti”ni (eləcə də digər özbaşınalıqları) himayə etməsini, baş prokuror yanında korrupsiyaya qarşı mübarizə baş idarəsinin korrupsioner məmurların “diqqət və qayğısı” ilə 161-ə daxil olan şikayətləri şikayətçilərin özlərinə qarşı çevirməsi faktlarını çatdıraq.  Məhkəmədə dövlət ittihamının müdafiəsi də , qətimkan tədbiri haqqında təqdimat(lar) da  qanunsuzluğun himayə edilməsi yetkisi bağışlayır.  

14 ildir dövlətin adından çıxarılan məhkəmə qərarının icrasını tələb edən tələbkar 1-ci dərəcəli Qarabağ qazisinin baş prokurora, yanındakı korrupsiyaya qarşı mübarizə baş idarəsinə, şəhər və rayon prokurorluqlarına şikayət(lər)inin yaşı da on ildən çoxdur. Şikayətlərin sayı isə minlərlədir. Bəs sonuc? Sonuc – 1-ci dərəcəli Qarabağ qazisinin Nizami polisinin 24-cü Polis Şöbəsində  işgəncə nəticəsində qol-qabırğalarının sındırılması, ağ ciyərində hematoma əmələ gəlməsi , tibbi yardıma da faşistcəsinə qadağa qoyulması, MSK- da  (müvəqqəti saxlama kamerası) ağır yaralı durumda iki sutka azadlıqdan məhrum edilmə , daşınar-daşınmaz əmlakının istintaq- axtarış adı altında oğurlanmasıdır ! (?) Nizami rayon prokuroru Pərviz İbayevin 1-ci dərəcəli Qarabağ qazisinə,  DİN-in zabit pensiyaçısına bu işgəncə “qayğısı”ndan xəbərsiz olmadığını müstəntiq Qalib  Kərimlinin vəsatəti əsasında onun adından Nizami məhkəməsinə verilən iki sutkalıq işgəncə məhbusunun yataq otağında axtarış təqdimatı sübut edir. Nizami məhkəməsinin hakimi Nigar Qədirlinin adından 40 gündən sonra – 14.10.2022-ci ildə  tərtib olunub Azad İsmayılzadə adlı şəxsin ismayilzadə[email protected] elektron poçtundan göndərilən təqdimatın təmin edilməsi haqqında 05.09.2022 -ci il tarixli geydirmə  qərardan CPM-in tələblərinə uyğun olaraq üç gün ərzində apellyasiya şikayəti verilsə də, “40 günə “faş olunmalı” oğurluqdan şikayətə 40 gündür baxılmır. Bəli, bəli, sahə müvəkkili Elçin İslamov, müstəntiq Qalib Kərimli və daha üç nəfər polis 1-ci dərəcəli DİN-in Qarabağ qazisi iki günlük həbsdə yatanda yataq otağında “protokol qaydasında axtarış” (CPM-də belə axtarış növü yazılmayıb) aparıb, on nəfərlik dörd ailədən ibarət mənzildən qaziyə aid olmayan, oğluna məxsus həyat yoldaşının dərs keçdiyi kompüteri qəbz vermədən oğurlayıblar. 80 gün keçib, amma hələ də qaytarmırlar.Azərbaycansayağı demokratiyaya baxın, polis,  prokurorluq , məhkəmə Ədliyyə Nazirliyinin dılğır bir icra məmurunun təzyiqi ilə tələbkar 1-ci dərəcəli Qarabağ qazisinə məhkəmənin verdiyi qeyri- yaşayış otaqlarının borclular İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin,  Nizami RİH -in məsul şəxslərinin saxta şəhadətnamə ilə satmalarına görə tələbkara işgəncə verilməsini ört-basdır edirlər. İstənilən halda “ört-basdır sənədi”, yəni Nizami prokurorluğunun cinayət işinin başlanmasından imtina edən qərarı işgəncəgörən Qarabağ qazisinə verilməlidir. Niyə verilmir?

Nə qədər ki,  prokurorluq , məhkəmə cinayəti və cinayətkarları himayə edəcək, Ombudsman bu himayəni hüquq müdafiəçiliyi kimi sırıyacaq,   Azərbaycansayağı demokratiyanın səsi Avropadan gələcək. Elə şikayətlərin özü  da xaricdəki telekanallardan yayımlanacaq. ...

Məğrur BƏDƏLSOY

P. S. Yazını tamamlayan anda Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlının 16.11.2022-ci il tarixli pozulmuş insan hüquqları ilə bağlı məktubunu aldım. Heç demə, 1-ci dərəcəli Qarabağ qazisinin körpə nəvələrinə stress, psixoloji travma yaşadaraq 24-cü Polis Şöbəsinə aparılıb işgəncə verilməsi,  nəticədə qol-qabırğalarının sındırılması, ağ ciyərində hematoma əmələ gəlməsi, tibbi yardıma qadağa qoyulması, 2 sutka məhkəmə qərarı olmadan həbsdə saxlanmağı , yataq otağında axtarış aparılıb, kompüterinin oğurlanmasında qanun pozuntusu yox imiş! Bəs Ombudsmana xəbər veriməməsi, müdafiəçi ayrılmaması necə,  bu da insan hüquqları pozuntusu deyil? Ombudsman Aparatının rəhbərinin nağıla uyması polisə neçəyə başa gəlib?



Oxşar Xəbərlər

Xəbər lenti