“KOMANDİRİM DEDİ Kİ, QOYMARAM SƏN BURDA QALIB İŞLƏYƏSƏN” – “Hərbi biletimə elə bir maddə yazıblar ki, məni heç yerdə işə götürmürlər”


Naxçıvan şəhəri, Kəngərli rayonu, Qarabağlar kənd sakini Həmzəyev Sahil Rafiq oğlu tərəfindən Hurriyyet.az saytının redaskiyasına şikayət daxil olub. Şikayətçi iddia edir ki, hərbi xidməti başa vurub amma onun hərbi biletində elə yazıblar ki, heç bir şirkət onu işə götürmür.

“Mən, Naxçıvan şəhər, Kəngərli rayon, Qarabağlar kənd sakini Həmzəyev Sahil Rafiq oğlu, yazaraq sizə bildirirəm ki, 2-ci Qarabağ müharibəsinin veteranıyam. Hərbidə “Maxe” işləyirdim. 3 ilim tamam oldu, istəyirdim ki, hərbidə qalım, işimə davam edim. Xidmət vaxtı bir zabitlə sözüm düz gəlmədiyi üçün komandirim Dadaşov Haqverdi imkan vermədi ki, mən vaxtımı artırıb, hərbidə qalım. Mənə dedi ki, “qoymaram sən burda qalıb işləyəsən”.

Hərbi xasiyyətnaməmə yalan-yanlış yazıb, məni təxris etdilər. Hərbi biletimə elə bir maddə yazıblar ki, məni heç yer işə götürmür. Bütün orqan və şirkətlər deyirlər ki, get hərbi biletindəki maddəni düzəltdir.

Şuşanın azad olunmasına görə medalla təltif olunmuşam. 4 medalım var. Sizdən xahiş edirəm ki, mənə köməklik göstərin, hərbi biletimdəki yalnışları düzəltsinlər”.

Jalə FAMİLQIZI



Oxşar Xəbərlər

Xəbər lenti