8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Qusar rayonu, Samur qəsəbə sakini Talıbov Şahin Rafik oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, anadangəlmə şikəst olduğu halda, ona əlillik verilmir.
Saytımız vasitəsilə Prezident İlham Əliyevə, Baş prokuror Kamran Əliyevə və Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə müraciət edən S.Talıbovun məktubunu olduğu kimi oxuculara təqdim edirik:
“Hörmətli Prezident!
Mən, Talıbov Şahin Rafik oğlu, anadangəlmə şikəstəm. Hərbi xidmətdən xəstəliyimlə əlaqədar azad edilmişəm. İşə qadir olmadığıma görə heç bir yerdə işləməmişəm, 2022-ci ilə kimi 2-ci qrup əlilliyə görə təqaüd almışam.
Nəzərinizə çatdırıram ki, mənim xəstəliyim anadangəlmə olduğu üçün müalicə olunmayan, sağalmayan xəstəlikdir. 17.06.2021-ci il tarixdə Qusar RMX-nin müayinə həkimlərinin rəyinə əsasən, mənim anadangəlmə şikəst olmağım bir daha təsdiq edilib. Pensiya təyin etmək üçün ƏƏSM Nazirliyinə göndərildi (Çıxarış № 0106042). Lakin nazirlikdən anadangəlmə şikəst olan vətəndaşa qarşı (hərbi xidmətdən şikəst olmağıma görə azad ediblər) son dərəcə çirkin, vicdansız həkimlərin korrupsiyaya qurşanmasını sübuta yetirən qanunsuz rəy verilib və bununla şikəst bir vətəndaşın haqları vəhşicəsinə pozulmuşdur!
Hörmətli Prezident!
Yuxarıda qısaca qeyd etdiyim təkzibolunmaz sübut və təqdim edəcəyim rəsmi sənədlərdəki sübutları rəhbər tutaraq Sizdən xahiş edirəm:
1. Şikayətimi nəzarətə götürüb, məni təkrar müayinədən keçirmək üçün (həkim komissiyasından) Sahil Babayevə göstəriş verin;
2. Qusar rayon həkimlərinin rəyinə əsasən mənə 2-ci qrup əliliyin qanuni verilməsi barədəki rəyin Bakı şəhərindəki həkim komissiyası tərəfindən niyə təsdiq edilmədiyini araşdırmaq üçün Baş prokuror Kamran Əliyevə göstəriş verin. Əgər Qusar MX komissiyası saxta rəy veribsə, onlar mütləq cinayət məsuliyyətinə cəlb edilməlidir. Yox, Bakı şəhərində, ƏƏSMN-nin nəzdində yaradılmış həkim komissiyası qanunsuz işlər görübsə, onlar məsuliyyətə cəlb edilməlidir.
Jalə FAMİLQIZIRedaksiyadan: Yazıda adları qeyd olunan qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.