8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Naxçıvan şəhər sakinləri olan bir qrup hərbçi tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Müəyyən səbəblərdən adlarının açıqlanmasını istəməyəy hərbçilər bildirirlər ki, Şahbuz rayonunda yerləşən N saylı hərbi hissədə özbaşınalıq bitmir:
“Ad-soyad verməməyimizin səbəbi odur ki, bilsələr, bizi işimizdən edərlər.
Bildiririk ki, hərbi hissədə 13-14-cü əmək haqlarımız mənimsənilir. Telefonlarımız dinlənilir. Ailəmiz üçün narahat oluruq, adlarımızı bilsələr işimizə son verəcəklər. Bu zaman bütün əziyyət ailənin üzərinə düşəcək.
Kərəm Mustafayevin başımıza açdırdığı oyunlar sonsuzdur. Vaxtımızı gözləyirik ki, sağ-salamat, təmiz adımızla hərbi hissəni bitirək. Hərbçilərlə əsir kimi davranırlar. Məzuniyyət verilmir, özlərinə necə sərf edir, elə də davranırlar.
Mayor Səfərov İqbal var, “maxe”dir. Bu şəxs hərbçilərin qənimidir. Cuzi bir səhvlə 1 aylıq xidmət haqqımızı mənimsəyir. Heç kəs də onunla bacara bilmir. Hamısı əlbirdirlər.
Şahbuzdakı N saylı hərbi hissədə maxe qalmayacaq. Erməni əsirlərə edilməyən hərəkətlər burada bizə edilir. Mayor Səfərov İqbal hərbiçilərin düşmənidir.
Biz də məzuniyyət, 13-14-cü əmək haqqı istəyirik. İşimizə son verilən günü Prezident Aparatına gedəcəyik, başqa yolumuz yoxdur. Heç kəsin bizi əzməyə haqqı yoxdur.
Xahiş edirik ki, səsimizi lazımı orqanlara eşitdirin, bəlkə bu özbaşınalığın da sonu çata”.
Jalə FAMİLQIZI
Redaksiyadan: Yazıda adları çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.