12-06-2026, 21:58
11-06-2026, 21:19
8-06-2026, 22:05
29-05-2026, 12:03
26-05-2026, 21:18
Bakının mərkəzində evdən meyit tapılıb.
Sozcu.info xəbər verir ki, yanvarın 2-si saat 10 radələrində 1987-ci il təvəllüdlü Oleq Aleksandroviç Danilovun meyiti yaşadığı Səbail rayonu Lomonosov küçəsindəki evdə aşkar edilib. Əvvəllər məhkumluq həyatı yaşamış şəxsin üzərində zorakılıq əlaməti aşkarlanmayıb.
Oxşar hadisə Sabunçu rayonunda qeydə alınıb. Yanvarın 2-si saat 04 radələrində 1998-ci il təvəllüdlü Bibixanım Təhməzovanın meyiti yaşadığı Sabunçu qəsəbəsindəki evdə tapılıb. Onun hansı səbəbdən öldüyü məlum deyil.
Digər hadisə isə Binəqədi rayonu 9-cu mikrorayon ərazisində baş verib. Yanvarın 2-si saat 11 radələrində 1981-ci il təvəllüdlü Ramin Paşayevin meyiti yaşadığı Adil Məmmədov küçəsində aşkar edilib. Onun da əvvəllər məhkumluq həyatı yaşadığı bildirilib.
Hər bir faktla bağlı araşdırma aparılır.