Azərbaycanlılar Kiyevdə dayanacağa sığınıblar

Kiyevdə 9 azərbaycanlı tələbə yeraltı dayanacağa (Киев, Харьковское шоссе 210) sığınıblar.
Sozcu.info xəbər verir ki, bu barədə sosial mediada məlumat yayılıb.
Bildirilib ki, hazırda onlar soyuqdan əziyyət çəkir və acdırlar. Vəziyyətlərinin çox çətin olduğunu qeyd edilir.
Eyni zamanda, səfirliyə müraciət edən tələbələrin “gözləyin” cavabı aldıqları vurğulanıb. Lakin hazırda səfirlik tərəfindən heç bir addım atılmadığı bildirilib.
Hazırda bu şəxslərin təcili köməyə ehtiyacı var.
Əlaqə telefonu: +380 636 79 88 86
Onların təhsil aldıqları müəssisələri:
Kiyev Milli Texnologiya və Dizayn Universiteti
Kiyev Tibb Universiteti
Eləcə də, Kazımov Emin adlı şəxs Xarkov şəhərindədir. Onun yoldaşının hamilə olduğu və səfirliklə heç cür əlaqə saxlaya bilmədiyi qeyd edilib. Onun əlaqə telefonu: 0660603944


Oxşar Xəbərlər

Xəbər lenti