8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Ona II qrup əlillik status verilməli olduğu halda, III qrup veriblər və sənədinə də “iş qabiliyyətinin olduğu” yazılıb
Şəmkir rayonu, Qaracəmirli kənd sakini, 44 günlük Qarabağ savaşının qazisi Paşayev Şəhriyar Sulduz oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub.
Hazırda səhhətində ciddi problemlər olduğunu deyən Ş.Paşayev, bu səbəbdən iş tapa bilmədiyini, üstəlik qanunsuz olaraq 539 manat cərimə olunduğunu bildirir.
Qarabağ qazisi onu da vurğulayır ki, ona II qrup əlillik status verilməli olduğu halda, III qrup veriblər və sənədinə də “iş qabiliyyətinin olduğu” yazılıb.
Şikayətçinin redaksiyamız göndərdiyi video-müraciəti olduğu kimi oxuculara təqdim edirik: