8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Ötən ilin yanvarında Prezident İlham Əliyev İradə Gülməmmədovanı Abşeron rayon icra başçısı vəzifəsindən azad edərək onun yerinə Abdin Fərzəliyevi təyin edəndə apşeronlularda belə ümid yarandı ki, uzun müddət paytaxtın mərkəzi rayonlarından olan Nərimanov rayona başçılıq etmiş şəxs yeni təyinat yerində ciddi dəyişikliklər edəcək. Ancaq həmin tarixdən 20 aya yaxın vaxt keçir və Abşeron rayonunda ciddi bir yenilik müşahidə olunmayıb. Əksinə, vəziyyət İradə Gülməmmədovanın rəhbərlik etdiyi dövrlə müqayisədə daha pisləşib. Elə bir vəziyyət yaranıb ki, Xırdalan şəhərinin sakinləri sürü halında gəzən sahibsiz itlərin qorxusundan park və bağlardan uzaq durmağa çalışırlar. Abşeron rayonun inzibari mərkəzi olan Xırdalan şəhərinin mərkəzindəki Heydər Əliyev adına mədəniyyət və istirahət Parkında belə sahibsiz itlərin sürü halında gəzməsi müşahidə olunur. Bütün bunlar Abşeron Rayon İcra Hakimiyyətinin binasının bir neçə yüz metrliyində müşahidə olunur. Ötən ilin yanvarından Abşeron rayon icra hakimiyyətinin başçısı olan Abdin Fərzəliyev isə bunları görmür. Bu görünür ki, icra başçısı bu parka da getmir. Belə görünür ki, Abdin Fərzəliyev Nərimanov rayon icra hakimiyyətinə başçılıq etdiyi zamankı iş üslübun dəyişməyib.
Sentyabrın 12-də Prezident İlham Əliyev Xırdalan şəhər 11 nömrəli tam orta məktəbin yeni binasının açılışında iştirak edib. Məlumatlı mənbənin iddiasına görə, məktəbin açılışında iştirak edən şəxslər Prezident İlham Əliyevin icra başçısı Abdin Fərzəliyevə soyuq münasibətinin şahidi olublar. Bu isə belə qənaətlər yaradır ki, Abdin Fərzəliyev tezliklə vəzifəsini itirə bilər.
Abşeron rayonunun idarə edilməsində icra başçısının əsas idarəetmə mexanizmi olan Abşeron Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyində baş verənlərlə bağlı araşdırma aparmağa çalışırıq. Yazıda adı keşən şəxs və qurumların mövqeyini dinləməyə hazırıq.
A.Aydın
Sozcu.info