8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Abdin Fərzəliyev qanunları pozur və cəzasız qalır
Paytaxtın Nərimanov rayonunda, Tələt-Şıxəliyev küçəsi, 13-15 ünvanında yerləşən tarixi binanın "pilot layihə” adı altında sökülməsi ətrafında qalmaqal idarəetmədəki nöqsanları da üzə çıxarır.
Mətbuatdan da məlum oluduğu kimi Nərimanov rayon İcra Hakimiyyəti Tələt-Şıxəliyev küçəsi, 13-15 ünvanında yerləşən tarixi binanın "pilot layihə” adı altında sökülüb, yerində yeni göydələn tikilməsinə start verib. Baxmayaraq ki, Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən binanın sökülməsinin qanunsuz olduğu barədə məktubu da var. Eyni zamanda Azərbaycanın tarixi abidələrinin reyestrinə daxil olan binanın sökülməsi qanunvericiliyə də ziddir. Bütün bu faktlar aşkar olmasına baxmayaraq Nərimanov Rayon İcra Hakimiyyəti Nazirlər Kabinetinin və FHN-in qərarı çərçivəsində həyata keçirilən "pilot tikinti layihəsi” ilə məqama və FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin müvafiq rəyinə istinad edərək binanı sökməkdə qərarlıdır. Məslənin ictimailəşməsi və ictimai etiraz da Nərimanov Rayon İcra Hakimiyyətini binanın sökülməsi fikirindən daşındırmayıb. Bütün bunlardan sonra ölkənin ən nüfuzlu media quruluşlarından biri olan Haqqin.az-saytı Baş nazir Artur Rasizadəyə müraciət edib. Saytda yer alan məlumatda Baş nazirdən işə qarışması və tarixi binanın xilas edilməsi istənilir.
Məlumata görə, tarixi binanın yerində "Çarbağ” Məhdud Məsuliyyətli Cəmiyyəti yeni göydələn inşa edəcək. Qeyd edək ki,"Çarbağ” MMC-i Azərbaycanın tikinti sektorunda çox tanınmış şirkətlərdən deyil. Hətta bu günə qədər onun hansısa layihəsi haqqında ölkə ictimaiyyətində heç bir məlumat yoxdur. "Çarbağ” MMC-i haqqında məlumat ondan ibarətdir ki, bu şirkət Saaatlı rayonunda, 2004-cü ildə təsis edilib. Hazırda bu şirkəti rəsmi qurumlar qarşısında Anar Oqtay oğlu Həsənov adlı şəxs təmsil edir. Ancaq bu şirkətin iki şərikinin olması haqqında məlumat var. Hüquqi ünvanı Saatlı şəhəri, Heydər Əsliyev prospeki, ev 110-da qeydiyyatda olan "Çarbağ” MMC-nin əsil sahiblərinin kim olduğunu üzə çıxarmağa çalışacağıq. Hələlik isə əldə etdiyimiz məlumata görə, "Çarbağ” MMC-nin faktiki olaraq iki sahibi var. Paytaxın ən bahalı məhəllərin birində "pilot layihə” qazanmaq əlbətdə "Çarbağ” MMC-nin faktiki sahiblərinin imkanlı və nüfuzlu şəxslər olması heç bir şübhə doğurmur.
Məsələnin digər tərəfi onadn ibarətdir ki, Nərimanov Rayon İcra hakimiyyətinin qanunları pozması aidiyyatı orqanlar tərəfindən reaksiyasız qalır. Sanki, Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən binanın sökülməsinin qanunsuz hesab etməsi heç bir əhəmiyyətə malik deyil. Bütün bunlar isə Nərimanov rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev özünün qanunlara sayğısız münasibəti haqqında fikirləri gündəmə gətirir. Qeyd edək ki, əslən Naxçıvan Muxtar Respublikasının Şərur rayonundan olan Abdin Fərzəliyev Nərimanov rayonuna 2005-ci ildən rəhbərlik edir. Bu illər ərzində Abdin Fərzəliyev ölkənin ən nüfuzlu məmurlarından birinə çevrilməyi bacarıb. İddialara görə, Abdin Fərzəliyevlə paytaxtın meri arasında soyuq münasibətlər mövcuddur. Hətta Abdin Fərzəliyevin Bakı Şəhər İcra Hakimiyyətində keçirilən toplantılara qatılmadığı haqqında şaiyələr də var. Merlə icra başçısı arasında gizli rəqabət olduğu da iddia olunur. Məlmatlı şəxsin sözlərinə görə, Hacıbala Abutalıbov Abdin Fərzəliyevi zəzrsizləşdirmək üçün bir neçə dəfə cəhdlər də edib. Anvaq onun bu cəhdləri heç bir nəticə verməyib. Əksinə, merin hər dəfə məğlub olması Abdin Fərzəliyevi daha da gücləndirib. Buna görə indi "Haqqın.az”-saytının Baş nazirə müraciətinin heç bir nəticə verməyəcəyi ilə bağlı fikirlər mövcuddur. Son günlərin prosesi göstərir ki, Abdin Fərzəliyevi dayandırmaq çətin olacaq. Biz isə ictimaiyyəti ciddi narahat edən bu məsələni diqqətdə saxlamağa çalışacağıq. Yazıda adları çəkilən şəxslərin də mövqeyini dinləməyə hazırıq.
A.Nəbiyev,
"Yeni Sözçü” qəzeti