Bakının mərkəzində ağac avtomobil yoluna yıxılıb, rəsmi qurumlar əhəmiyyət vermir - VİDEO


Bakının mərkəzində, Salatın Əsgərova küçəsi 185 ünvanında ağac qəzalı vəziyyətə düşüb.

Hurriyyet.az xəbər verir ki, kökü torpaqdan çıxan və avtomobil yoluna aşmış ağac həm oradan keçən sakinlər, həm də nəqliyyat vasitələri üçün ciddi təhlükə şəraiti yaradıb.

Sakinlər deyir ki, Bakı şəhər Yaşıllaşdırma İdarəsi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məsələyə dair dəfələrlə müraciət edilsə də, bu qurumların heç birindən reaksisya yoxdur.

Yarı aşmış vəziyyətdə olan ağacın yaratdığı təhlükəli vəziyyətin məsuliyyətini bu qurumlar ya dərk etmir, ya da özlərini görməməzliyə vururlaar.

Maraqlıdır, təhlükəni reallaşacağı, yəni kiminsə həyatına fiziki zərər gələcəyi halda cavabdehliyi kim daşıyacaq? Sözsüz ki, məsuliyyət bu iki qurumun əməkdaşlarının üzərinə düşəcək.

ÜLVİYYƏ

Hurriyyet.az

Redaksiyadan: Aidiyyəti qurumların mövqeyini dərc etməyə çalışacağıq.



Oxşar Xəbərlər

Xəbər lenti