LAÇIN SAKİNİ İCRA BAŞÇISINDAN ŞİKAYƏTÇİDİR – "Deyirlər ki, get, hara istəyirsən şikayət et”


Laçın rayonu, Ağcakənd kənd sakini Nəcəfov Fədai Bəylər oğlu tərəfindən  Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Illustration:

“Mən, Nəcəfov Fədai Bəylər oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Laçın rayonu ,  144 saylı Şeylanlı qəsəbəsində yaşayıram. Heç bir dövlət müəsisəsində işləmirəm. Ailədə 2 nəfərik, 60 manat çörək pulu alırıq. Bu məbləğ heç kommunal xərcləri ödəmir.

Bununla bağlı dəfələrlə İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin və müavini Tofiq Mirzəyevin qəbulunda olub işsizliyimizdən şikayətlənmişik. Xadimə işi üçün müraciət etmişik. İcradan bizə deyirlər ki, sizə iş yoxdur hara istəyirsən get şikayət et.

Biz vətəndaşlar hara şikayət edəcəyimizi bilmirik.

Sizin sayt vasitəsilə bir daha İcra Hakimiyyətindən xahiş edirik  ki, işlə təmin edi lməmisə dəstək olsunlar . ”



Oxşar Xəbərlər

Xəbər lenti