Dünən, 18:26
18-12-2025, 11:11
18-12-2025, 01:05
25-11-2025, 15:01
11-11-2025, 20:04
Beyləqanının icra başçısı Əziz Əzizov “TikTok”da onun barəsində video paylaşan Ağdam sakinini məhkəməyə verib. İcra başçısı məhkəmədən paylaşılan videonun onun şərəf və ləyaqətinin alçaldılmasına, işgüzar nüfuzunun ləkələnməsinə yönəldiyini və bu səbəbdən təkzib verilməsini, dövlət rüsumuna görə ödənilmiş 100 manat vəsaitin cavabdehdən tutularaq ona ödənilməsi xahiş edib.
Sual yaranır: icra başçısı nə etməlidir? Sosial şəbəkələr, xüsusən də “TikTok” bəzi insanlar üçün məsuliyyətsizlik meydanına çevrilib. Əlinə telefon alan hər kəs düşünmədən, araşdırmadan, faktlara söykənmədən kimisə hədəf seçib danışmağı özünə haqq bilir. Tənqid başqa şeydir, böhtan və təhqir tamam başqa.
Biz hüquqi dövlətdə yaşayırıq. Burada hər kəsin söz azadlığı var, amma bu azadlıq başqasının şərəf və ləyaqətini alçaltmaq, işgüzar nüfuzuna xələl gətirmək haqqı demək deyil. Sosial şəbəkədə bir neçə baxış xatirinə kiməsə “palçıq atmaq” nə cəsarətdir, nə də vətəndaş mövqeyi
Beyləqanda aparılan abadlıq-quruculuq işlərini görməmək üçün ya qərəzli olmaq lazımdır, ya da bilərəkdən göz yummaq. Problemin varsa, faktın varsa, qanuni yollar var: müraciət et, sübutunu ortaya qoy. Amma emosional video çəkib ittiham yağdırmaq nə cəmiyyətə fayda verir, nə də problemin həllinə.
Əslində, Əziz Əzizov bu məsələdə kifayət qədər humanist mövqe nümayiş etdirib. Başqa bir məmur olsaydı, işi böhtan və şərəf və ləyaqətin alçaldılması maddələri ilə daha ağır müstəviyə daşıya, nəticədə 100 manat yox, tamam başqa cəza gündəmə gələ bilərdi. Bu baxımdan məhkəmənin qərarı həm dərs olmalı, həm də xəbərdarlıq kimi qəbul edilməlidir.
Sosial şəbəkə tribunadır, amma bu tribuna məsuliyyət tələb edir. Tiktoker olmaq səni nə qanundan üstün edir, nə də danışdıqlarına görə cavabdehlikdən azad edir. Cəmiyyət emosional hay-küy yox, məsuliyyətli söz və sağlam tənqid istəyir.
Arzuman Loğman oğlu
Sozcu.info