23-12-2025, 18:26
18-12-2025, 11:11
18-12-2025, 01:05
25-11-2025, 15:01
11-11-2025, 20:04
Milli Məclisin keçmiş sədri Oqtay Əsədovun qızı vəfat edib.
Sozcu.info xəbər verir ki, bu barədə Modern.az-a sabiq spikerə yaxın şəxslər bildiriblər.
Məlumata görə, mərhum uzun müddət xəstə olub və Türkiyədə aldığı müalicədən sonra dünyasını dəyişib.
Oqtay Əsədov 2005-ci il dekabrın 2-dən 2020-ci il martın 10-dək Milli Məclisin sədri vəzifəsində çalışıb. O, iki övlad atasıdır.
***
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, sabiq spikerin 41 yaşlı qızı Nərminə Əsədova Xərçəng xəstəliyindən əziyyət çəkib.
Onun əvvəllər Kamran Balayev adlı şəxslə 10 illik (2002-2012-ci illər) evliliyi olub.
Qeyd edək ki, Kamran Balayev 2021-ci ildə London şəhərinin meri olmaq üçün namizədliyini vermişdi.
Mərhumun 5 övladı var.