Bakıda iki məktəbə eyni şəxsin direktorluq etməsi ilə bağlı - AÇIQLAMA


Bakıda iki təhsil müəssisəsinə - 135 və 244 nömrəli məktəblərə bir şəxsin – Şəfa Qurbanovanın direktor təyin olunması ilə bağlı məlumatlar yayılıb.

Sozcu.info xəbər verir ki, məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, Şəfa Qurbanova 244 nömrəli məktəbə 3 ay müddətinə təyinat alıb.

“Bakı şəhəri 135 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Şəfa Qurbanovaya 5 dekabr 2025-ci il tarixindən 3 ay müddətinə 244 nömrəli tam orta ümumtəhsil məktəbinin vakant olan direktoru vəzifəsi üzrə əmək funksiyalarının müvəqqəti icrası həvalə edilib”, - məlumatda vurğulanıb.



Oxşar Xəbərlər

Xəbər lenti