İngiltərə Bankı istiqraz alışı üzrə planını 1 trilyon dollara çatdırıb

İngiltərə Bankı (Mərkəzi Bank, "BoE") istiqraz alışı üzrə planını bir qədər də artıraraq 1 trilyon ABŞ dollarına (771 milyard funt sterlinq) çatdırıb.
Sozcu.info xəbər verir ki, bununla qurum koronavirus (COVID-19) pandemiyasının və başa çatmamış BREXİT-in ölkə iqtisadiyyatına təsirini azaltmaq istəyir.
Beləliklə, "BoE" II Dünya Müharibəsindən bəri ən böyük büdcə kəsiri ilə üzləmiş dünyanın 6-cı böyük iqtisadiyyatında tarazlıq yaradacaq. Bu arada, Mərkəzi Bank həm də mənfi uçot dərəcəsinin tətbiqi ilə bağlı digər ölkələrin təcrübəsini nəzərdən keçirir. Proqnozlara görə, İngiltərənin ümumi daxili məhsulu pandemiyadan öncə olan səviyyəyə 2022-2023-cü illərdə çata bilər.


Oxşar Xəbərlər

Xəbər lenti