Məktəbli forması ilə bağlı yeni dəyişikliklər
Bir stəkan çay müalicəni puç edə bilər
Abituriyentlər üçün VACİB XƏBƏR -
Bu tarixə qədər sənədlər təqdim olunmalıdır
Dollar almaq istəyənlərin NƏZƏRİNƏ
Prezident ARDNF ilə bağlı ÖNƏMLİ QƏRARI təsdiq etdi
Hansı hallarda xəbərdarlıq etmədən işdən çıxmaq olar?
Müəllimi şantaj üçün açıq-saçıq fotolarını direktora göstərib...
ŞOK ƏMƏLİYYAT – 48 nəfər saxlanıldı -
200 milyonluq DƏLƏDUZLUQ
İlham Əliyev Artur Piter Mutarikaya təbrik məktubu göndərdi
Həbs edilən "Arzum" ləqəbli tiktoker cəza ilə razı deyil -
Apellyasiya şikayəti verdi
Fantastik qarət:
zərgərlik xəzinəsi oğurlandı
"Arzum 9999" ilk dəfə danışdı: O, vəkilinə nə dedi?
Əvvəlki
Sonrakı
Prezident ARDNF ilə bağlı ÖNƏMLİ QƏRARI təsdiq etdi
Bu gün, 01:18
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
26-06-2026, 21:14
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı
-FOTO
23-06-2026, 12:29
Bakının bəzi ərazilərində işıq kəsiləcək
23-06-2026, 00:52
İrandan sonra növbəti hədəfini açıqladı
16-06-2026, 09:32
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
SOCAR özəlləşdiriləcəkmi -
ekspertlərin fikirləri birmənalı deyil
“Dövlət Neft Şirkətinin idarə edilməsinin təkmilləşdirilməsinə dair hər hansı atılan addım alqışlanmalıdır”
Azərbaycanda iri dövlət şirkətlərinin idarəetməsinin təkmilləşdirilməsi istiqamətində addımlar davam etdirilir. Azərbaycan İnvestisiya Holdinqinin tabeliyinə verilməklə yanaşı, dövlət şirkətlərində korporativ idarəetmə sisteminin qurulması üçün tədbirlər görülməkdədir. Belə tədbirlərdən biri yanvarın 23-də Pezident İlham Əliyevin imzaladığı “Dövlət Neft Şirkətinin idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında” fərmandır.
Fərmana əsasən, SOCAR-ın fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün bu qurumun Müşahidə Şurası formalaşdırılıb. Müşahidə Şurası Azərbaycan Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi sədr də daxil olmaqla, 7 üzvdən ibarətdir. Prezidentin sərəncamı ilə iqtisadiyyat naziri Mikayıl Cabbarov Müşahidə Şurasının sədri, birinci vitse-prezidentinin köməkçisi Emin Hüseynov, Dövlət Neft Fondunun İcraçı direktoru, İsrafil Məmmədov, energetika nazirinin müavini Elnur Soltanov, maliyyə nazirinin müavini Azər Bayramov, iqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf, Azərbaycan İnvestisiya Holdinqinin Baş İcraçı direktoru Ruslan Əlixanov Müşahidə Şurasının üzvləri təyin edilib.
Fərmanla Azərbaycan İnvestisiya Holdinqinə beynəlxalq məsləhətçi şirkət cəlb etməklə, SOCAR-ın mövcud müqavilə öhdəliklərinə riayət olunması şərti ilə onun hüquq, maliyyə, vergi və kommersiya sahələrində fəaliyyətinin nəticələrinin diaqnostikasının aparılmasını altı ay müddətində təmin edib nəticəsi barədə Prezidentə məlumat vermək tapşırılıb.
Bundan əlavə, Azərbaycan İnvestisiya Holdinqi diaqnostika başa çatdıqdan sonra onun nəticəsindən asılı olaraq SOCAR-ın yeni nizamnaməsinin və strukturunun layihəsini iki ay müddətində hazırlayıb razılaşdırılmaq üçün Prezidentə təqdim etməlidir.
Xatırladaq ki, Prezident ötən ilin avqustuna iri dövlət şirkətlərinin, o cümlədən SOCAR-ın fəaliyyətindən narazılığını bildirib, bu qurumlarda idarəetmənin təkmilləşdirilməsinin, fəaliyyətlərinin bazar iqtisadiyyatı prinsiplərinə uyğunlaşdırılmasının gərəkdiyini vurğulayıb. Başlanan proses hansı zərurətdən irəli gəlir? SOCAR-ın son nəticədə özəlləşdirilməsi mümkündürmü?
Qeyd edək ki, SOCAR Azərbaycanın ən böyük dövlət şirkətidir. Ölkənin neft-qaz sektorunda xarici tərəfdaşlarla birlikdə icra edilən böyük layihələrdə dövləti təmsil edir. Eyni zamanda SOCAR ölkənin ən böyük işə götürənidir. Şirkətdə 50 min nəfərdən yuxarı işçi çalışır. Nəhayət, SOCAR Azərbaycandan xaricdə iri investisiya yatırımları həyata keçirən yeganə milli şirkətdir. Bütün bunlara görə bu şirkətdə baş verən hər hansı dəyişiklik cəmiyyətdə böyük maraq və müzakirələrə səbəb olur.
Prezidentin son fərmanı ilə bağlı aparılan müzakirələr göstərir ki, SOCAR-da gözlənilən dəyişikliklər barədə fikirlər çox fərqlidir. Xüsusilə ekspertlər arasında fikir müxtəlifliyi diqqəti cəlb edir. Belə ki, iqtisadçı-alim, ADR Hərəkatının rəhbəri Qubad İbadoğlu hesab edir ki, hökumət SOCAR-ı özəlləşməyə hazırlayır:
“SOCAR-ın Müşahidə Şurasının yaradılması təklifini müstəqil iqtisadçılar dəfələrlə irəli sürüb, bu barədə qəzetlər də bizə istinadən çoxlu yazılar da vardır. Gedişat göstərir ki, SOCAR-ı səhmləşdirməyə hazırlayırlar. Bunun üçün də SOCAR-da korporativ idarəetmə sistemi qurulmalı, menecerlərlə sahibkarlar bir-birində ayrılmalı və menecerlər də sahiblərinə hesabat verməlidir. Odur ki, bu ildən başlayan bütün tədbirlər SOCAR-ı 2022-23-cü illərdə gözləyən maliyyə çətinliklərindən çıxarmağa yönəldilib. Bununla əlaqədar olaraq artıq addımlar atılır. Azərbaycan İnvestisiya Holdinqi yaradılaraq SOCAR-ın və digər iri dövlət şirkətlərinin sağlamlaşdırılması və borclarının restrukturizasiyası ilə məşğul olmağa başlanıb. Benzinin və dizel yanacağının qiyməti bahalaşdırılmaqla daxili bazarda SOCAR-ın gəlirləri artırılır. Növbəti artım qazın qiymətində olacaq, hazırda qazın fasilələrlə verilməsi də ona hazırlıq məqsədi daşıyır. SOCAR-ın Müşahidə Şurası yaradılır və şirkət səhmləşdirilməyə hazırlanır ki, gələcəkdə investisiyalar cəlb edə bilsin. SOCAR-ın işçiləri ixtisar olunur, getdikcə bu, daha kütləvi xarakter alacaq və yalnız fəhlələr deyil, ixtisaslı kadrların bir hissəsi də işini itirəcəklər”.
İlham Şaban
Enerji məsələləri üzrə ekspert, “Neft” Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban əmindir ki, şirkət özəlləşdirilməyəcək:
“Bu, gündəmdə deyil, olmayacaq da. SOCAR özəlləşdirilməyəcək, çünki dövlətin ən yaxşı aktividir. Yəni pul gətirən. Belə aktivin gəlirliyini bir başqası ilə niyə bölüşəsən ki? SOCAR hazırkı strukturda 2005-ci ilin dekabrından fəaliyyətə start vermişdi və sonrakı illərdə öz aktivlərini xeyli genişləndirmiş (həm ölkə daxilində, həm ölkə xaricində) və artırmağa nail olmuşdu. SOCAR 15 ildə Azərbaycan ölçüsündə MEGA səviyyəli bir qurumdan GİGANT səviyyəsinə qədər böyüməyə nail olub. Təbii ki, belə bir şəraitdə onun effektivliyini artırmaq üçün daha təkmil struktur və idarəçilik sistemi gərəkdir. Bunun da əsas müddəalarını Prezident 23 yanvar Fərmanında göstərib. Hesab edirəm ki, biz cari ilin ortasında tam yeni bir SOCAR-ı müşahidə edə biləcəyik. SOCAR fasiləsiz iş rejimində işləyən bir qurumdur, ona görə də burada transformasiya çox ehtiyatla aparılacaq ki, istehsal prosesləri daha effektiv işləməyə qadir olsun”.
Pərviz Heydərov
İqtisadçı-ekspert Pərviz Heydərov isə deyir ki, Dövlət Neft Şirkətinin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün Müşahidə Şurasının yaradılması vacib addımdır:
“Ümumiyyətlə, Dövlət Neft Şirkətinin idarə edilməsinin təkmilləşdirilməsinə dair hər hansı atılan addım alqışlanmalıdır. Adıçəkilən qurum Azərbaycan dövlətinin dayağıdır. Hər şey bu qurumun üzərində köklənir və faktiki bu qurumdan asılı sayılır. SOCAR dövlətimizin iqtisadi və maliyyə dayağı hesab olunur. Müşahidə Şurası əslində çoxdan yaradılmalı idi”.
Ekspertə görə, keçən ilin avqustunda İnvestisiya Holdinqi yaradılması işin başlanğıcıdır:
“Bu, ilkin işdir. Holdinqin səmərəli işləməsi, dövlət şirkətlərinin, dövlətin payı olan ASC-lərin fəaliyyəti üzrə səmərəliliyin təmini dəqiq və konkret mexanizm tələb edir. Dövlət şirkətlərinin idarəetməsində böyük problemlər var. Faktiki olaraq ən gəlirli sahələr üzrə inhisarçı kimi fəaliyyət göstərən şirkətlərin demək olar, hamısı zərərlə işləyir. Bunlar dövlət büdcəsinin əsas gəlir mənbələri olmalı olduqları halda, büdcədən hər il böyük həcmdə pul alırlar, bütün işlərini dövlətin hesabına görürlər. İnvestisiya Holdinqi də bu vəziyyətə son qoymaq üçün yaradılıb. Ancaq əsas çıxış yollarından biri özəlləşdirmədir. Yəni dövlətin payı yüksək olan qurumların çoxu özəlləşdirilməlidir. Bu, həmin şirkətlərə investisiyaların cəlbi, eyni zamanda onların idarəçiliyində səmərəsizliyi aradan qaldıracaq. Bu baxımdan, hətta hesab edirəm ki, Dövlət Neft Şirkətinin bəzi hissələrinin özəlləşdirilməsinə də gedilməlidir. Bu məsələdə də gecikirik, inanın... SOCAR-ın müəyyən hissələri gec-tez özəlləşdirilməlidir”...
P.Heydərovun sözlərinə görə, ümumiyyətlə, sözügedən qurumun yükü getdikcə azaldılmalı, idarəetmə asanlaşmalı və borclanma, o cümlədən maliyyə hesabatlılığı üzrə məsələlərə ciddi nəzarət tətbiq olunmalıdır:
“Bütün bunlara isə sırf dövlətin əli ilə və yaxud da deyək ki, müdaxiləsi yolu ilə nail olmaq mümkün deyil. Odur ki, özəlləşdirmə gələcəkdə qaçılmazdır”.
Azər Mehtiyev
İqtisadçı-alim, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin rəhbəri Azər Mehtiyev Azərbaycanda iri dövlət şirkətlərinin fəaliyyətində səmərəliliyin artırılması məsələsinin 2005-ci ildən bəri gündəmdə olduğunu bildirir:
“Məsələ ilk olaraq ”2005-2007-ci illər üzrə Korrupsiyaya qarşı mübarizəyə dair Dövlət Proqramı"nda qoyulub. Daha sonra bir neçə sənəddə də məsələyə dair müddəalar vardı. Prezidentin son fərmanına gəlincə, onu SOCAR-ın özəlləşdirilməsinə hazırlıq kimi qiymətləndirmirəm. Bu şirkətin özəlləşdirilməsi heç vaxt hökumətin gündəmində olmayıb, olmayacaq da. Bu barədə ölkə rəhbərliyi səviyyəsində də dəfələrlə fikirlər səsləndirilib. 2016-cı ildə Nazirlər Kabineti Azərbaycanda özəlləşdirmənin sürətləndirilməsinə dair qərar qəbul edib. Həmin qərarda da SOCAR-ın adı ortamüddətli dövrdə özəlləşdirilməsi nəzərdə tutulmayan şirkətlər sırasındadır".
Ekspertin sözlərinə görə, başladılan prosesdə məqsəd SOCAR-ın fəaliyyətinə, onun gəlir-xərclərinə, böyük maliyyə axınlarına nəzarəti gücləndirməkdir:
“Bir tərəfdən korporativ idarəetmə sisteminin yaradılması nəzərdə tutulur - bu, SOCAR-ın xüsusi statusu və onun üzərində nəzarəti təmin etmək üçün atılan addımdır. Ola bilsin ki, şirkətin rəhbərliyi tamamilə yenilənsin, korporativ idarəetmə formalaşdırılsın. Lakin bu prosesdə bəzi çatışmazlıqları indidən görmək olar. Əvvəla, şirkətin İdarə Heyətində heç bir dəyişiklik həyata keçirilmir, olduğu kimi saxlanır. İkincisi, Müşahidə Şurasında yalnız dövlət qurumlarının nümayəndələri təmsil olunur. Şuraya ictimai qurumlardan, vətəndaş cəmiyyətindən heç kim üzv təyin olunmayıb. Bu baxımdan, əgər şirkətin idarə olunmasında ciddi yeniliyə nail olmaq istəyiriksə, idarə heyətində ciddi keyfiyyət dəyişikliyi aparılmalıdır”.
İqtisadçı-alim qeyd edir ki, SOCAR-ı ilk növbədə tabeliyində olan və ona heç bir xeyir verməyən çoxsaylı strukturlardan təmizləmək lazımdır:
“Çoxlu sayda qurumlar var ki, onların saxlanması SOCAR-a xeyirdən çox zərər verir. Bunların hamısı şirkətdən kənarlaşdırılmalıdır. Şirkətin özünün strukturu optimallaşdırılmalı, gəlirliliyi təmin olunmalıdır. Bu işləri qısa müddətdə həyata keçirmək mümkün deyil, proses tədricən aparılmalıdır. Buna görə də ortamüddətli dövrdə SOCAR-ın özəlləşdirilməsini real görmürəm”.
Oxşar Xəbərlər
Yeni iqtisadi kurs nə vəd edir?
Mikayıl Cabbarovun fond sədri təyin etdiyi şəxs kimdir?
Sahibkarlığa Kömək Milli Fondu ləğv edildi - PREZİDENT FƏRMAN İMZALADI
“Azneft” İstehsalat Birliyinə Baş direktor təyin edilib
Xəbər lenti
Məktəbli forması ilə bağlı yeni dəyişikliklər
Bakıda avtomobil iki yerə bölündü -
xəsarət alanlar var - Video
Bir stəkan çay müalicəni puç edə bilər
Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI -
Çox güclü olacaq
Abituriyentlər üçün VACİB XƏBƏR -
Bu tarixə qədər sənədlər təqdim olunmalıdır
Əhaliyə XƏBƏRDARLIQ:
Bu ərazilərdə işıq olmayacaq
Dollar almaq istəyənlərin NƏZƏRİNƏ
Prezident ARDNF ilə bağlı ÖNƏMLİ QƏRARI təsdiq etdi
Bir ailənin dörd üzvü dənizdə batdı, ikisi...
Hansı hallarda xəbərdarlıq etmədən işdən çıxmaq olar?
Vəhşi fil 14 il bir ailəni təqib edib, onları tapıb və öldürüb
Müəllimi şantaj üçün açıq-saçıq fotolarını direktora göstərib...
Bu rayonlara 3 gün güclü yağış yağacaq, sel gələcək -
Xəbərdarlıq
ŞOK ƏMƏLİYYAT – 48 nəfər saxlanıldı -
200 milyonluq DƏLƏDUZLUQ
Kəmalə Günəşli xəstəxanaya yerləşdirildi
Sabah çimərliklərdə hava necə olacaq?
İlham Əliyev Artur Piter Mutarikaya təbrik məktubu göndərdi
Həbs edilən "Arzum" ləqəbli tiktoker cəza ilə razı deyil -
Apellyasiya şikayəti verdi
Bir ailənin 3 üzvü yol qəzasında öldü
Fantastik qarət:
zərgərlik xəzinəsi oğurlandı
Köhnə su sayğacları tarixə qovuşur:
Milyonlarla abonenti gözləyən yenilik
SON DƏQİQƏ!
Əhaliyə sarı xəbərdarlıq edildi
Şuşa və Laçını dolu vurdu
20 yaşlı qız çimərlikdə boğuldu
"Arzum 9999" ilk dəfə danışdı: O, vəkilinə nə dedi?
Müayinə üçün xəstəxanaya getmişdi - Öldü
Oğlu Leyla Əliyeva ilə arxiv FOTOsunu paylaşdı
Azərbaycanda zəlzələ olub
Azərbaycanda bazar günü çimərliklərdə 25 dərəcəyədək isti olacaq
Zaur Kamal ağır qəzaya düşdü: Avtomobili yararsız haldadır -
Foto
Manaf Ağayevin saxlanılması xəbəri yayıldı
İsti havada soyuq su içməyin, yoxsa...
Hava yenidən pisləşəcək:
Leysan və sel olacaq
Heydər Əliyev Mərkəzi ABŞ bayrağının rənglərinə büründü - FOTO
Bu qurumda korrupsiya:
2 əməkdaş işdən çıxarıldı
Araz Ağalarovun 27 yaşlı xanımı ilk dəfə danışdı -
Foto
Diqqət çəkən görüş: Rusiya Azərbaycana minnətdarlığını bildirdi
Magistraturaya qəbul imtahanının nəticələri açıqlanıb
Sabunçuda 19 kiloqramdan artıq narkotik aşkarlanıb
Eldar Əzizov onu rəis təyin etdi
Rəqəmsal Azərbaycan gələcəyə aparan strateji yol xəritəsidir
Bakıda dəhşətli qəza: Ölən var
İlham Əliyev Lukaşenkonu təbrik etdi
Yenilənmiş 100 manat bu tarixdə tədavülə buraxılacaq
Dollar almaq istəyənlərin NƏZƏRİNƏ
Bakının 4 rayonunda işıq olmayacaq
Tramp varlanmasının səbəbindən danışdı
Tiktokerin həbsi ilə bağlı hökm çıxaran məhkəmədən
Açıqlama
Aydan Fərəcova yüksək vəzifəyə təyin edildi -
DOSYE
Ermənistanda 44 günlük müharibədə iştirak edən zabit həbs olunub
PRİZMA
Sərhəd Məmmədov – Şərəfli ömrün 80 illik yubileyi
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
SOSİAL
1
2
3
4
5
6
Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI -
Çox güclü olacaq
Əhaliyə XƏBƏRDARLIQ:
Bu ərazilərdə işıq olmayacaq
Bu rayonlara 3 gün güclü yağış yağacaq, sel gələcək -
Xəbərdarlıq
Kəmalə Günəşli xəstəxanaya yerləşdirildi
Sabah çimərliklərdə hava necə olacaq?
Köhnə su sayğacları tarixə qovuşur:
Milyonlarla abonenti gözləyən yenilik