Sumqayıtda iş adamınıa qarşı 600 min manatlıq şantaj əməliyyatı...
- Təfərrüat
“İranla saziş əldə edildi, hamını təbrik edirəm!”
Koçaryanın saxlanılma anı sosial şəbəkədə yayıldı
-VİDEO+FOTO
10 tona yaxın çətənə kolu məhv edilib
-DİN
Mask tarixdə ilk dollar trilyoneri oldu
-Yenilənib
Bu şəxslər üçün quru sərhədləri açılacaq? -
ÇAĞIRIŞ EDİLDİ
BAKIDA İŞ SAATLARI DƏYİŞDİRİLİR
- Nəqliyyat sıxlığına necə təsir edəcək?
Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərildi
“Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq”
-VİDEO
Bakıda polis ƏMƏLİYYAT KEÇİRDİ
-ANBAAN GÖRÜNTÜLƏR
TƏCİLİ! Rus ordusu Zəngəzurda hərəkətə keçdi:
Meğri istiqamətində NƏ BAŞ VERİR?
CƏLAL QURBANOV ONU SİFARİŞLƏ SÖYDÜRƏN ŞƏXSLƏRDƏN BİRİNİN ADINI AÇIQLADI...
-Jurnalist Aynurə Pənahqızının yazısına reaksiya
Əvvəlki
Sonrakı
Milli Qurtuluşdan tarixi zəfərə
Bu gün, 11:07
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
12-06-2026, 21:58
SON DƏQİQƏ! Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT
: ONLAR SAXLANILDI
11-06-2026, 21:19
Xameneinin harada dəfn olunacağı açıqlandı
8-06-2026, 22:05
“Qara günlər” başlayır - Yay ayları ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ
29-05-2026, 12:03
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Azərbaycan və Türkiyə arasında yeni saziş:
Bakıda türk malları ucuzlaşacaqmı?
Ekspert: “Qarşıya kifayət qədər iddialı hədəf qoyulub”
Ötən ay Azərbaycanla Türkiyə arasında imzalanmış sazişlər hələ də müzakirə olunmaqdadır. Xüsusilə Vətən müharibəsində ağır məğlubiyyətə uğramış Ermənistan mətbuatında iki qardaş ölkə arasında əlaqələrin daha da genişlənməsini nəzərdə tutan sazişlər İran və Rusiyaya qarşı yönəlmiş addım kimi təqdim olunur, Azərbaycan-Türkiyə yaxınlaşmasının Ermənistanla yanaşı, bu ölkələrə də təhlükə yaratdığı iddia edilir.
Ermənilər xüsusilə hərbi və ticarət sahəsində əməkdaşlığa dair sazişləri təhlükə mənbəyi kimi təqdim edirlər. 44 günlük müharibədə ordusu darmadağın olan Ermənistanın Türkiyə-Azərbaycan hərbi yaxınlaşmasından qorxuya düşməsi bir növ təbii qarşılana bilər: ermənilər hər iki ölkəyə qarşı ərazi iddiasındadırlar. Lakin onların Azərbaycan-Türkiyə qarşılıqlı ticarət əlaqələrində yeni mərhələnin başlanğıcı olan “Preferensial (seçim) ticarət sazişi”ndən narahatlığı bilavasitə Ermənistanın marağından deyil, Rusiya və İranın diqqətini cəlb etmək məqsədi daşıyır. Ermənilər Azərbaycanın iri ticarət tərəfdaşı olan hər iki ölkənin mənafelərinə zərər gələcəyi kimi iddialarla onların Azərbaycan-Türkiyə yaxınlaşmasına əngəl olmalarına çalışırlar.
Qeyd edək ki, fevral ayında Türkiyədə imzalanmış saziş 15 adda məhsul üçün preferensial ticarət rejimi yaradır. Bu isə o deməkdir ki, malların hərəkətində gömrük taariflərinin azaldılması və ya ləğvi və ya buna bənzər imkanlar yaradılacaq.
Sazişin tətbiq olunacağı güzəştli mallar siyahısında Azərbaycandan Türkiyəyə ixrac ediləcək kənd təsərrüfatı məhsulları - pendir, bəzi meyvə-tərəvəzlər, qara çay, şokolad və şirniyyat məhsulları, diabet xəstələri üçün alma, ərik və sair meyvə püreləri və sair məhsullar, Türkiyədən isə diabet xəstələri üçün nəzərdə tutulan qida məhsulları, qənnadı məmulatları, şokolad və şirniyyat məhsulları, qurudulmuş meyvə və sair məhsulları yer alıb. Sazişin tələbləri həmçinin onun (nəzərdə tutulmuş ölkənin) torpağından, sularından və ya dəniz dibindən çıxarılmış xammal və ya mineral məhsulların da gətirilməsini istisna etmir.
Sazişin əhatə etdiyi siyahıda bəzi polad məhsulları, dəzgah, avadanlıq, aparat və ya nəqliyyat vasitəsilə birlikdə göndərilən və onların istismarı üçün istifadə olunun aksessuarlar, ehtiyat hissələri və alətlər, sənaye və qablaşdırma məhsulları da var.
Xatırladaq ki, Azərbaycan MDB-nin üzvü olaraq bu birliyə daxil olan ölkələrlə ticarətdə əksər məhsullar üzrə gömrük rüsumlarından azadlıq tətbiq edib. Avropa Gömrük İttifaqının üzvü olan Türkiyə ilə analoji rejimin tətbiqi uzun illər mümkün olmayıb. Türkiyə ittifaqın qaydalarına əsasən digər ölkələrlə gömrük azadolmalarını nəzərdə tutan sazişlər imzalaya bilməzdi. Bu isə eyni məhsulların idxalında Türkiyə istehsallıları qiymət rəqabətinə məruz qiyurdu. 2019-cu ildə Türkiyənin təklifi ilə ona belə hüquq tanınıb. İş adamları bildirir ki, Türkiyədən Azərbaycana mallar orta hesabla 15 faiz gömrük rüsumu ilə gəlir. Preferensial ticarətdə sözügedən 15 adda mala indiyədək tətbiq olunan bu 15 faiz rüsum aradan qaldırılır.
Dövlət Gömrük Komitəsinin statistik məlumatına görə, Türkiyədən Azərbaycana əsasən iri ev quşları, iri heyvanlar, ərzaq və geyim məhsulları, müxtəlif texnika vasitələri, müdafiə və aviasiya sənayesi məhsulları və digər məişət məhsulları idxal edilir.
Azərbaycandan isə Türkiyəyə əsasən neft-qaz məhsulları, bəzi sənaye məhsulları və sair ixrac edilir. Qeyri-neft sektorunda isə 2019-cu ildə əsas məhsul kateqoriyalarını pambıq (5 faiz, 129 milyon dollar), plastik və polimerlər (2 faiz, 64 milyon dollar), alüminium və məmulatları (2 faiz, 56 milyon dollar) təşkil edib.
Azərbaycan Türkiyəyə həmçinin kənd təsərrüfatı məhsulları - bəzi pendir növləri, çay, meyvə-tərəvəz də ixrac edir.
Hazırda Azərbaycanda 4 minə yaxın Türkiyə şirkətinin fəaliyyət göstərdiyi bildirilir. Eyni zamanda rəsmi məlumatlara əsasən indiyədək Azərbaycanda fəaliyət göstərən Türkiyə şirkətləri 300-dən çox layihə çərçivəsində 16 milyard dollar həcmində iş görüblər. Bu günə qədər Azərbaycan Türkiyə iqtisadiyyatına 18 milyard, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 12,5 milyard dollar sərmayə qoyub.
Ekspertlər hesab edirlər ki, preferensial ticarət sazişi əslində daha böyük və hərtərəfli sərbəst ticarət sazişi yolunda ilk addımdır. Yaxın gələcəkdə Azərbaycanın Gürcüstanla olduğu kimi, Türkiyə ilə də analoji saziş imzalayacağı proqnozlaşdırılır. Nəzərə alsaq ki, iki ölkə arasında qarşılıqlı ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılması hədəflənir, o zaman sərbəst ticarət sazişinin imzalanmasının uzaqda olmadığını söyləmək olar.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin analitiki Aminə Bayramovanın sözlərinə görə, fevral ayında Ankarada reallaşan Türkiyə-Azərbaycan biznes forumu bir sıra əhəmiyyətli mövzuların, gələcək perspektivlərin müzakirəsi ilə yadda qalıb. Bunlardan ilki Türkiyə və Azərbaycan arasında ticarət həcminin artırılması ilə bağlıdır:
“Belə ki, yüksələn xətlə inkişaf edən qarşılıqlı idxal-ixrac əməliyyatlarının həcminə pandemiyanın yaratdığı gərginliklər ciddi təsir göstərməyib. Bu rəqəm 2020-ci il üçün 4.16 milyard dollar təşkil edib. Forumda bu rəqəmin qardaş iqtisadiyyatlar arasındakı real potensialı göstərmədiyi və qoyulmuş hədəfə çatmaq üçün hər iki ölkənin mühüm potensialı olduğu dilə gətirilib. Pandemiyanın təsirləri səngidikdən sonra qarşılıqlı ticarət dövriyyəsinin sürətlə yüksələcəyi və dövlət başçılarının 2023-cü ilə qarşıya qoyduğu 15 milyard dollarlıq ticarət dövriyyəsi hədəfinə çatmaq üçün sıx əməkdaşlığın davam etdiyi bildirilib. Bu istiqamətdə martın 1-dən qüvvəyə minən Preferensial Ticarət sazişi ölkələr arasında ticarət dövriyyəsinin gələcək artımına ciddi təkan verəcək. Həmçinin 2020-ci ildə Bakı-Tiflis-Qars dəmir yolu üzərində daşınan yüklərin həcminin iki dəfədən çox artması yeni nəqliyyat-kommunikasiya layihələrimizin səmərəliliyinin bariz nümunəsidir. Naxçıvana dəmir yolunun çəkilməsi nəticəsində Azərbaycan və Türkiyə arasında daşımalar asanlaşacaq. Həmçinin Azərbaycanın bölgədə təklif etdiyi yeni ”3+3" formatlı işbirliyi platforması da ölkələr arasında ikitərəfli ticarət əlaqələrinin, turist axınının artımına, habelə Naxçıvan dəhlizinin strateji önəm qazanmasına ciddi təkan verəcək".
Ekspertin sözlərinə görə, Azərbaycan və Türkiyə vətəndaşları arasında vizasız və xarici pasportsuz səyahətlər ölkələr arasında əməkdaşlığın bütün sahələrdə inkişafına yeni təkan verəcək, ticarət dövriyyəsinin, sərmayə qoyuluşlarının, turist axınının artmasına müsbət təsir edəcək, xalqlarımızı bir-birinə daha da yaxınlaşdıracaq:
“İnvestisiya münasibətlərinə gəlincə, Türkiyə Azərbaycanda daha çox qeyri-neft sektoruna, Azərbaycan isə Türkiyədə əsasən energetika və kimya sahələrinə kapital axını yaradır. Türkiyədən Azərbaycana investisiya qoyuluşları 12 milyard dollar, Azərbaycandan Türkiyəyə sərmayə yatırımları isə 19,5 milyard dollar təşkil edir. Hazırda Türkiyədə 2000-ə yaxın Azərbaycan, ölkəmizdə isə 4100-dən artıq Türkiyə şirkəti fəaliyyət göstərir. Türkiyədəki həm şirkət sayı, həm də investisiya həcminə görə Azərbaycan Mərkəzi Asiya və Qafqaz ölkələri arasında ilk yerdədir. İki ölkə arasında birgə investisiya fondunun təsis edilməsi, dövlət- özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilə bilən iri müəssisə və iri layihələrin, birgə texnologiyanın transferini və birgə istehsal nəzərdə tutan investisiya hədəflərinə çatmaqda və imkanları maksimal dəyərləndirilməsi istiqamətində qarşıda duran vəzifələrin icrasını sürətləndirəcək. Bütün bu istiqamətlərlə yanaşı, dövlət mülkiyyətinin özəlləşdirilməsində türk şirkətlərinin fəal iştirakı investisiya əlaqələrinin güclənməsinə öz töhfəsini verəcək ki, bunu biz ”Azərlotereya" ASC-nin timsalında görəcəyik".
A.Bayramova qeyd edir ki, Azərbaycanda həyata keçirilən quruculuq işləri, habelə sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərin qəbul edilməsi türk investorlar üçün geniş imkanlar və perspektivlər vəd edir:
“Bütün bu sahələrdən başqa Ankarada pandemiya səbəbi ilə sürəti azalan qlobal iqtisadi böyümə qarşısında biznes nümayəndələrinə yeni alternativlərin təklif edilməsi məqsədilə dağ-mədən, tekstil, nəqliyyat logistika, kiçik və orta sahibkarlıq və investisiyaların təşviqi, memarlıq-layihələndirmə kimi sahələrdə sazişlər imzalanıb. Bütün bu imkanlar fonunda iki ölkə şirkətlərinin əməkdaşlığının təşviqi, birgə istehsal müəssisələrinin təşkili, nəqliyyat-logistik, həmçinin əlverişli coğrafi mövqe üstünlüklərindən səmərəli istifadə ölkələrimizin ticarət, investisiya kimi sahələri başda olmaqla, çoxşaxəli əlaqələrimizə töhfə verəcək”.
Vüqar Bayramov
İqtisadçı-alim, Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun “Yeni Müsavat”a dediyinə görə, Türkiyə ilə Azərbaycan arasında qarşılıqlı ticarətlə bağlı kifayət qədər böyük hədəflər qarşıya qoyulub:
“Söhbət qarşılıqlı ticarətin həcmini 3 dəfədən çox artırmaqdan gedir. Türkiyə Azərbaycanın ikinci böyük ticarət tərəfdaşıdır. Birinci olan İtaliya ilə qarşılıqlı ticarət əsasən enerji üzərində qurulsa da, Türkiyə ilə əlaqələrdə qeyri-neft məhsulları üstünlük təşkil edir. Azərbaycanın qeyri-neft ixracatının üçdə biri Türkiyəyə reallaşdırılır. Bu həcmlərin artırılması potensialı var. Nəzərə alsaq ki, martın 1-dən etibarən preferensial ticarət sazişi əsasında ölkələr arasındakı ticarət daha da liberallaşıb(15mal qrupu üzrə sıfır rüsum və kvota dərəcəsi tətbiq edilir), bu zaman Türkiyəyə qeyri-neft məhsullarının ixracının daha da artması gözləniləndir. Ümumdünya Ticarət Təşkilatının üzvü olan ölkələrin əksəriyyəti rüsumları sıfırlayıblar. Azərbaycanla Türkiyə arasında ticarət rejiminin liberallaşdırılması hər iki ölkə üçün xarici ticarət imkanlarının genişlənməsi deməkdir”.
Millət vəkilinin sözlərinə görə, yaxın illərdə Azərbaycanın Türkiyəyə enerji ixracında da artım olacaq:
“2021-ci ildə Azərbaycandan Türkiyəyə 8 milyard kubmetr qaz ixrac olunması nəzərdə tutulur. Sonrakı illərdə bu həcm daha da artacaq. Amma düşünürəm ki, 15 milyard dollarlıq hədəf müəyyənləşdirilərkən əsas diqqət qeyri-neft məhsulları ilə ticarətə yönəldilib. Azərbaycanın bu hədəf çərçivəsində daxili istehsalı stimullaşdırmaqla Türkiyəyə məhz qeyri-neft məhsullarının ixracını genişləndirməsi qarşımızda duran əsas çağırışlardan biridir”.
Oxşar Xəbərlər
"Yeni sazişlər Azərbaycan-
Bayramqabağı bahalaşmanı kimlər yaradır? –
İlham Əliyev sazişi təsdiqlədi:
Bu il Azərbaycan ilə Türkiyə arasında ticarət dövriyyəsində 22 faiz artım olub
Xəbər lenti
Prezident Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına
- Müraciət ünvanladı
Sumqayıtda iş adamınıa qarşı 600 min manatlıq şantaj əməliyyatı...
- Təfərrüat
AÇIQLAMA – Tarix də açıqlandı
“İranla saziş əldə edildi, hamını təbrik edirəm!”
Koçaryanın saxlanılma anı sosial şəbəkədə yayıldı
-VİDEO+FOTO
Milli Qurtuluşdan tarixi zəfərə
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
10 tona yaxın çətənə kolu məhv edilib
-DİN
Mask tarixdə ilk dollar trilyoneri oldu
-Yenilənib
Bu şəxslər üçün quru sərhədləri açılacaq? -
ÇAĞIRIŞ EDİLDİ
Zəngəzurda yeni savaş: Rus ordusu məşhur kəndə girişi bağlayıb
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub
-Foto
BAKIDA İŞ SAATLARI DƏYİŞDİRİLİR
- Nəqliyyat sıxlığına necə təsir edəcək?
Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərildi
“Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq”
-VİDEO
1 həftə sonra məzun olacaqdı...
-Foto
Trampın İran siyasətinə etirazlar artır
Bakıda polis ƏMƏLİYYAT KEÇİRDİ
-ANBAAN GÖRÜNTÜLƏR
TƏCİLİ! Rus ordusu Zəngəzurda hərəkətə keçdi:
Meğri istiqamətində NƏ BAŞ VERİR?
SON DƏQİQƏ! Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT
: ONLAR SAXLANILDI
Avtoxuliqanlıq edən sürücü HƏBS EDİLDİ
CƏLAL QURBANOV ONU SİFARİŞLƏ SÖYDÜRƏN ŞƏXSLƏRDƏN BİRİNİN ADINI AÇIQLADI...
-Jurnalist Aynurə Pənahqızının yazısına reaksiya
Əli Əsədov yeni qərar İMZALADI
DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT
Bakıda qadın sürücü piyadanı vuraraq ÖLDÜRDÜ
TƏCİLİ:
İran 3 ölkəni BALLİSTİK RAKET ATƏŞİNƏ TUTDU
SON DƏQİQƏ!
Xəzərdə ZƏLZƏLƏ OLDU
Azərbaycan neftinin son dəqiqə QİYMƏTİ
Rusiyanın 14 bölgəsində HƏYƏCAN -
Müdafiə Nazirliyi TƏCİLİ MƏLUMAT YAYDI
Arazda batan 17 yaşlı gəncin meyiti tapıldı
Prezident bu quruma yeni SƏLAHİYYƏT VERDİ
Xameneinin dəfni bu tarixdə olacaq
Evini satanlar üçün ciddi problem:
Minlərlə vətəndaş qeydiyyatsız qala bilər
Bakıda hoteldə KİŞİ ÖLDÜ
Qanunsuz silah saxlayanlara xəbərdarlıq edildi
Abel Məhərrəmova vəzifə verildi
Bakıda taksi qiymətləri kəskin BAHALAŞDI
MİQ üzrə vakant yerlərin SİYAHISI
Bu qarışım ürəyi sağlam, QARACİYƏRİ TƏRTƏMİZ edir
Nazir hesabat verdi
Saqqız iddiası ilə bağlı məktəb qalmaqalına rəsmi
AÇIQLAMA
Ruslan Quliyev dəfn olundu -
FOTO
Həkim səhvinə görə kompensasiya almaq mümkündür?
Uşaq bağçasındakı ərzaqları oğurlayırlar?
Trampdan İranla bağlı
MÜHÜM AÇIQLAMA
Ceyhun Bayramov gürcü həmkarı ilə görüşdü
Bağı olanlara ŞAD XƏBƏR -
Prezident sənəd İMZALADI
Azərbaycan və Gürcüstan XİN başçıları İstanbulda görüşdülər
Xameneinin harada dəfn olunacağı açıqlandı
Toy karvanında avtoxuliqanlıq etdi, həbs olundu
-VİDEO
PRİZMA
İnsan ruhunun çıxılmaz keçidləri İmamverdi İsmayılovun “LABİRİNT” povesti haqqında düşüncələr
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
Trampın İran siyasətinə etirazlar artır
SOSİAL
1
2
3
4
5
6
Prezident Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına
- Müraciət ünvanladı
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub
-Foto
Bakıda taksi qiymətləri kəskin BAHALAŞDI
Bu qarışım ürəyi sağlam, QARACİYƏRİ TƏRTƏMİZ edir
Bakı sakinlərinə pis xəbər -
“Qiymətləri artıra bilərlər”
Əhaliyə xəbərdarlıq:
İyunun 9-dan 12-dək...