Rumıniyanın Azərbaycan təbii qazını əldə edəcəyi müddət açıqlanıb

Azərbaycan təbii qazı 2022-ci ilin iyulunda Rumıniyaya çatacaq.
Trend-in məlumatına görə, bunu Rumıniyanın energetika naziri Vircil Popesku deyib.
Nazir bildirib ki, ona verilən məlumata görə, Yunanıstan-Bolqarıstan interkonnektoru 2022-ci ilin iyulunadək hazır olacaq və Şaquli qaz dəhlizi işə düşəcək.
Bu dəhliz vasitəsilə Azərbaycan qazı və Yunanıstan limanlarında mayeləşdirilmiş təbii qaz BRUA boru kəməri ilə Rumıniyaya çatacaq.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}