8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Bolqarıstan Rusiyadan ixrac etdiyi qazın həcmlərinin yarısını Azərbaycan və mayeləşdirilmiş qaz (LNG) ilə əvəz edəcək.
"APA-Economics"in Bolqarıstanın Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, bu barədə Vaşinqtonda Bolqarıstanın Enerji naziri Temenujka Petkova bildirib.
Onun sözlərinə görə, bu ilin sonunadək Bolqarıstan Rusiya qazının tədarükünü 50% azaldacaq.
Bolqarıstan qaz təchizatı mənbələrini və marşrutlarını şaxələndirməyə davam edəcək, bunun nəticəsi kimi, ölkənin 3 mlrd. kubmetr həcmində olan illik istehlakının yarısı (1,5 mlrd. kubmetri) Azərbaycandan alınan qazın və mayeləşdirilmiş təbii qazın hesabına ödəniləcək, deyə T. Petkova qeyd edib.
"Bu, yalnız Bolqarıstanda deyil, bölgədə də şəffaf, likvidli və etibarlı təbii qaz bazarının inkişafı baxımından əhəmiyyətli bir addımdır", - T. Petkova əlavə edib.
Qeyd edək ki, Bolqarıstanın "Bulgargaz" şirkəti "Şahdəniz-2" layihəsi çərçivəsində "Şahdəniz" konsorsiumu ilə ildə 1 mlrd. kubmetr qazın nəqli ilə bağlı müqavilə imzalayıb. "Sahdəniz" qazının Avropaya nəqli Cənub Qaz Dəhlizi ilə mümkün olacaq (Trans-Anadolu və Trans-Adriatik qaz kəmərləri vasitəsi ilə). Azərbaycan qazının Avropaya nəqli 2020-ci ildə başlanacaq.
Xatırladaq ki, Bolqarıstan Azərbaycan qazını Yunanıstan-Bolqarıstan birləşdirici qaz kəmərinin (IGB) vasitəsi ilə alacaq. IG