Mikayıl Cabbarov: “İlin əvvəlindən özəl sektora 48 milyon manat güzəştli kredit verilib” - FOTO

“Bu ilin yanvar-avqust aylarında özəl sektora dövlət dəstəyi çərçivəsində 945 investisiya layihəsinin maliyyələşdirilməsinə 48,4 milyon manat güzəştli kredit verilib”.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında yazıb.
“Güzəştli kreditlərin 59,2%-i kənd təsərrüfatı, 24,2%-i sənaye məhsullarının istehsalı və emalı, 16,6 %-i isə digər sahələrə verilib. Kreditlərin 97,5 %-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payına düşür. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 1 400-dən çox yeni iş yerinin açılmasına imkan yaradacaq”, - deyə nazir qeyd edib.






 


Oxşar Xəbərlər

Xəbər lenti