Xaricdən gətirilən avtomobillər üçün gömrük ödənişləri artırılıb?

“Gömrük ödənişlərində hər hansı artım yoxdur”.
Sozcu.info xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Natiq Axundov məlumat verib.
O bildirib ki, bəzi sosial şəbəkə istifadəçiləri xaricdən gətirilən avtomobillərin və mobil telefonların qeydiyyatı zamanı tələb olunan dövlət rüsumunun artımını gömrük ödənişlərinin artırılması kimi qələmə verir:
“Dövlət Gömrük Komitəsi bildirir ki, gömrük ödənişlərində hər hansı artım yoxdur və qeyd olunan məsələ gömrük orqanlarının fəaliyyət sahəsinə aid deyil”.


Oxşar Xəbərlər

Xəbər lenti