Samir Şərifov manatın məzənnəsindən danışdı: "Çalışırıq ki..."

"Maliyyə Nazirliyi bilavasitə manatın məzənnəsinə təsir göstərən qurum deyil".
Sozcu.info məlumatına görə, bunu nazir Samir Şərifov manatın məzənnəsinə hər hansı təhdidin olub-olmaması ilə bağlı sualı cavablandırarkən bildirib.
“Çalışırıq ki, büdcə xərcləri manatın ucuzlaşmasına xidmət etməsin. Bu baxımdan Azərbaycan Mərkəzi Bankı ilə əlaqələndirilmiş siyasət aparırırq. 2022-ci ilin dövlət büdcəsinin xərcləri manatın hazırkı məzənnəsi ilə götürülüb", - deyə o, qeyd edib.


Oxşar Xəbərlər

Xəbər lenti