İqtisadiyyat Nazirliyi və “Demirören” Holdinq arasında memorandum imzalandı

Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə Türkiyənin “Demirören” Holdinqi arasında əczaçılıq məhsullarının istehsalı və satışına dair Anlaşma Memorandumu imzalanıb.
Sozcu.info xəbər verir ki, bu barədə nazir Mikayıl Cabbarov “Twitter” hesabında yazıb.
O qeyd edib ki, Azərbaycan iqtisadiyyatına 40 mln. ABŞ dolları məbləğində investisiya yatırımını təmin edəcək layihə çərçivəsində qabaqcıl təcrübələrin tətbiqi və yeni iş yerlərinin yaradılması istiqamətində mühüm nəticələr əldə olunacaq.


Oxşar Xəbərlər

Xəbər lenti