Azərbaycanın bank sektorunun xalis mənfəəti 7% artıb

Azərbaycanın bank sektoru 2021-ci ili 609 milyon manat xalis mənfəət əldə edib.
Sozcu.info Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 7,3% çoxdur.
Ötən il bankların əməliyyat gəlirləri 2 983 milyon manat (əvvəlki ilə nisbətən 15,1% çox), əməliyyat xərcləri 2 009,1 milyon manat (16,2% çox), xüsusi ehtiyatlara ayırmaları 200 milyon manat (52,8% çox), digər gəlirləri 0,7 milyon manat (17% çox) mənfəət vergisi ödəmələri isə 165,6 milyon manat (0,1% çox) təşkil edib.


Oxşar Xəbərlər

Xəbər lenti