Azərbaycana nəqliyyat vasitələrinin idxalı 71 % artıb

2021-ci ildə ümumilikdə Azərbaycana 84 596 nəqliyyat vasitəsi idxal olunub.
Sozcu.info-un məlumatına görə, bunu Dövlət Gömrük Komitəsi (DGK) Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər Baş idarəsi rəisinin müavini Əsgər Məmmədov bildirib.
“Bu nəqliyyat vasitələrindən yanacaq növünə görə 50 114-ü benzin, 21 392-i dizel, 158-i elektrik, 12 932 ədədi isə hibrid avtomobilləri olub”, - Ə. Məmmədov qeyd edib.
O, ötən ildə ölkəyə gətirilən nəqliyyat vasitələri haqqında statistik məlumatları diqqətə çatdırarkən bildirib ki, 2020-ci il ərzində isə ölkəyə 49 431 nəqliyyat vasitəsi gətirilib.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}