27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Hurriyyet.org-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayon ərazisində yerləşən İstək liseyində "Narkomaniyaya yox deyək” mövzusunda görüş keçirilib. Tədbirdə Dini qurumlarla iş üzrə zona təmsilçiləri, liseyin pedaqoji kollektivi və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbiri açan liseyin direktoru Elnur Gülmalıyev keçirilən tədbirin əhəmiyyətindən danışaraq, Rayon Polis Şöbəsi tərəfindən təşkil olunan tədbirə görə öz minnətdarlığını bildirib. Mövzu haqda şagirdlərə məlumat verən E.Gülmalıyev çıxış üçün sözü Quba RPŞ-nin rəisi, polis polkovniki Süleyman Neymətova verib.
"Narkomaniyaya yox deyək” mövzusunda çıxış edən S.Neymətov narkotik vasitələrin qanunsuz dövriyyəsinin müasir dövrümüzdə cəmiyyəti düşündürən və narahat edən problemlərdən biri olduğunu bildirib. Deyib ki, respublikamızda narkomaniyanın qarşısının alınması istiqamətində bütün lazımi tədbirlər görülür. Hər bir xalqın, millətin özəyini onun gəncləri təşkil edir və xalqın inkişafında da gənclərin rolu mühüm əhəmiyyət kəsb edir. Bunun üçün siz gənclər öz ətrafınıza diqqət yetirməli, bütün əmək və bacarıqlarınızı təhsil sahəsinə yönəltməlisiniz.
Sonra çıxış edən Dini qurumlarla iş üzrə zona təmsilçisi Eynulla Nurullayev Azərbaycanın gənc olmağına baxmayaraq istər təhsil, istərsə də iqtisadiyyat sahəsində regionun lider dövləti olduğunu deyərək, bildirib ki, dünya ölkələrindən Azərbaycanın təhsil ocaqlarında ali təhsil almaq üçün minlərlə tələbələr müraciət edirlər. Narkoticarətçilər əsasən məktəb və ali təhsil müəssisələri ətraflarında öz pis niyyətlərini həyata keçirmək istəsələr də, daxili işlər orqanları tərəfindən onların qarşısı qətiyyətlə alınır.
Daha sonra çıxış edən RPŞ-nin Narkotiklərlə Mübarizə Qrupunun baş əməliyyat müvəkkili, polis baş leytenantı Emil Babayev narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizədən söz açıb. Belə maddələrin daxili işlər orqanları tərəfindən ölkə ərazisindən "ötürücü məntəqə” kimi istifadə olunmasına qarşı qətiyyətli tədbirlər görüldüyünü bildirib.
Tədbir narkotiklərin zərərli təsiri ilə bağlı videoçarxla yekunlaşıb.