Azərbaycan neftinin qiyməti 124 dollara yaxınlaşır

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,58 ABŞ dolları, yaxud 0,47 % artaraq 123,87 ABŞ dollarına çatıb.
Bu barədə “Report"a neft bazarındakı mənbə məlumat verib.
Dünən “Brent” markalı neftin bir bareli 119,03 ABŞ dolları olub.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.


Oxşar Xəbərlər

Xəbər lenti