Azərbaycanda əhaliyə ŞAD XƏBƏR- Bu avtomobillərin qiyməti ucuzlaşa bilər

Dövlət Gömrük Komitəsi ölkəyə idxal olunan ekoloji təmiz avtomobillərin idxal rüsumundan azad olunması üçün hökumətə müraciət edib.
Sozcu.info "Report"a istinadən xəbər verir ki, bunu "Azərbaycanda ekoloji təmiz avtomobillərin istismarı və təmiz ətraf mühit” mövzusunda mətbuat konfransında çıxış edən Komitənin Gömrük ödənişləri idarəsinin rəisi Tariyel Alverdiyev deyib.
"Hazırda həmin avtomobilləri Azərbaycana gətirənlər yalnız əlavə dəyər vergisi (ƏDV) ödəmir. Hökumətə təklif etmişik ki, idxal rüsumunun dərəcəsi də 0% olsun", - deyə o, qeyd edib.


Oxşar Xəbərlər

Xəbər lenti