DB: Ərzaq və enerji qiymətləri artacaq

Ukraynadakı müharibə nəticəsində ərzaq və enerji qiymətlərindəki artımlar 2024-cü ilin sonuna qədər davam edə bilər.
Sozcu.info xəbər verir ki, bu barədə Dünya Bankı Qrupu məlumat yayıb.
“Bu il müharibə fonunda enerji qiymətləri 50% artacaq, 2023-2024-cü illərdə isə artım zəifləyəcək. Kənd təsərrüfatı və metalların qiyməti bu il demək olar ki, 20% artacaq. Növbəti illərdə bu artım yüksələn xətt üzrə davam edəcək. Bütövlükdə bu, 1970-ci illərdən bəri yaşadığımız ən böyük əmtəə şokudur. Müharibə uzunmüddətli inflyasiyaya səbəb ola bilər. Ölkələr alternativ ticarət yolları axtararkən, malların istehsalını artırarkən təmiz enerjiyə keçid ləngiyə bilər. Enerji qiymətlərinin və nəticədə gübrələrin qiymətinin kəskin artması ərzaq qıtlığına gətirib çıxara və qlobal yoxsulluğun azaldılmasında irəliləyişi dayandıra bilər”, - məlumatda deyilir.


Oxşar Xəbərlər

Xəbər lenti