Dünən, 09:46
Dünən, 09:32
21-12-2024, 10:25
27-11-2024, 17:30
25-11-2024, 17:52
Sozcu.info “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, 2021-ci il Açıq Büdcə Anketində (Open Budget Survey) büdcə şəffaflığı üzrə birinci yeri Gürcüstan dövləti tutub.
Reytinq cədvəlini Beynəlxalq Büdcə Əməkdaşlığı (International Budget Partnership) təşkilatı tutub. Tədqiqatçılar üç meyar (büdcənin şəffaflığı, tərəflərin büdcə proseslərinə daxil edilməsi və büdcənin idarəsinə nəzarət) üzrə 120 ölkənin büdcəsini araşdırıblar.
Gürcüstanın büdcəsinin şəffaflığı 100 mümkün baldan 87 bal ilə qiymətləndirilib.
Büdcə şəffaflığı dedikdə, hökmətin büdcə vəsaitlərini necə alması və xərcləməsi barəsində informasiyanın cəmiyyətə açıqlanması nəzərdə tutulur.
Bununla yanaşı, tərəflərin bedcə proseslərinə daxil edilməsi meyarı üzrə Gürcüstan minimal 44 bal qazanıb. Bu, ictimaiyyətin büdcə proseslərinin müxtəlif mərhələlərinə iştirakına yalnız kiçik formal imkanlar yardılmasını göstərir.
Gürcüstan Bbüdcə reytinqinə nəzarət meyarı üzrə 78 bal toplayıb.
Analitiklər hesab edirlər ki, Hürcüstan hakimiyyəti ilkin büdcənin təqdim edilməsi üçün elektron platformanı populyarlaşdırmalı, vətəndaş təşkilatlarının büdcənin hazırlanması və icra edilməsi prosesində iştirakı mexanizmini yaratmalıdır.