"Kaladzenin qaz oyunları Gürcüstan-Azərbaycan münasibətlərinə xələl gətirə bilər"

"Kaladzenin qaz oyunları Gürcüstan-Azərbaycan münasibətlərinə xələl gətirə bilər"Gürcüstan hökumətinin bəzi nümayəndələrinin Azərbaycana  sayğısızlığı Rusiyada və digər yerlərdə rəsmi Tbilisi ilə rəsmi Bakı arasında münasibətləri problemli göstərə bilər:

a) Heç bir əsas olmadan Ermənistanı Azərbaycandan üstün tuturlar.

b) Ermənistana Rusiyanın hərbi maşınlarının keçməsinə şərait yaradıldı.

c) Gürcüstan həm Azərbaycanla, həm də Ermənistanla hərbi əlaqələri strateji səviyyəyə qaldırmaq istəyir. Gürcüstan hökumətinin belə baxışı Ermənistanı işğalçılığa ruhlandıran baxışdır. Söhbət təkcə Ermənistanın Azərbaycana qarşı işğalçılığından getmir, Ermənistan Gürcüstan ərazisinə də iddialıdır. Rəsmi Tbilisinin milliyətcə azərbaycanlı olan Gürcüstan vətəndaşlarını Ermənistan tərəfindən girov götürməsinə  göstərdiyi münasibət, bu mövqenin Gürcüstan və Ermənistan arasında azərbaycanlılara və Azərbaycana qarşı razılaşdırılmış mövqe olduğunu deməyə əsas yaradır. Bu digər artıq digər sahələrə də sirayət edir. Ermənistan vətəndaşı maşının gizli yük yerində  Gürcüstana gizli olaraq bir neçə kq qızıl keçirir. Onu saxlayırlar. 2 gün sonra isə Azərbaycan vətəndaşı qızıl kontrabadası ilə saxlanılır: 73,99 qızılı deklarasiyada göstərməyibmiş. Adi ailənin malik olduğu bəzək əşyaları bu miqdarda olur.

Gürcüstanın indiki hakim komandası Azərbaycana qarşı təkcə sayğısızlıq göstərməyib. Həm də mümkün qədər çalışıb ki, Gürcüstanın Azərbaycana qarşı neqativ münasibəti qonşu dövlətlərin diqqətini cəlb etsin. Ermənistanla başlayan bu proses "Qazprom"la davam etdi. Ən nəhayət, İranın Milli Neft Qaz Şirkətinin rəsmisi Əli Rza Kamilinin mövqeyi ilə tamamlandı.

Yaranmış vəziyyətdə "Qazprom" ciddi uduş əldə etməsə də, amma Gürcüstanın bu sxemdə itkisi daha təsirli ola bilər. İndi təbii qaz dollara nisbətən daha sabit valyutadır. Azərbaycan rəsmiləri prosesə müdaxilə edən kimi vəziyyət Gürcüstanın xeyrinə tərəf dəyişməyə başladı. Azərbaycanın rolu ilk növbədə Gürcüstana psixoloji faktor rolunu oynadı. Ona görə, "Qazprom"la K.Kaladze arasında keçirilən son danışıqlarda yekun sənəd imzalanmadı. Amma Azərbaycanın imkanları hüdudsuz deyil. Azərbaycan Rusiya ilə münasibətlərin bəlli bir formulasını işləyib hazırlayıb. Bu formul Azərbaycanı Rusiyanın təhlükəsindən qorumaqla yanaşı, həm də Azərbaycan Rusiya münasibətlərinin inkişafına şərait yaradır. K.Kaladzenin savadsızlığının, pula hərisliyinin və ya  antiazərbaycançılığının hesabına Azərbaycan Rusiya ilə ARDNŞ "Qazprom"la kəllə-kəlləyə gələ bilməz. Ona görə, də onun qazla bağlı apardığı danışıqlar Gürcüstan-Azərbaycan münasibətlərinə 2-3 tərəfdən zərər vura bilər. Çünki Ermənistanla yanaşı ermənilər Rusiyada və İranda yaşadıqları kimi həm də Gürcüstanda yaşayırlar.  Rəsmi Yerevanın Gürcüstanla "Qazprom" arasında danışıqlarda rolu aşkarlandı. Gürcüstanla "Qazprom" arasında danışıqların həssas məqamında Ermənistanın Rusiyaya qazın qiymətinin aşağı salmaqla bağlı müraciəti göstərir ki, Rusiya Ermənistanı antigürcüstan oyunlara qoşa bilib. Qiyməti 100 dollara olan qazın Gürcüstan ərazisindən tranziti üçün təxminən 50 dollar pul ödənilə bilməz. Başqa sözlə, Ermənistan çalışır ki, Gürcüstanın qaz tranzitindən əldə etdiyi gəlir minimal olsun. İvanişvili -Kaladze cütlüyü belə roluna görə Ermənistanı daha üstün tuturlar. İndi Gürcüstana nəyin lazım olduğunu onlar müəyyənləşdirirlər. Ona görə də Azərbaycana böhtan atırlar.

Gürcüstanın indiki hakim komandası Azərbaycanla münasibətdə yalanı birdəfəlik unutmalıdır. Kaladze açıq-aşkar iki yalan söylədi. Guya Azərbaycanın Gürcüstana əlavə qaz verməyə imkanı yoxdur. Azərbaycan Gürcüstana əlavə qaz sata bilmirsə, bunun günahını Azərbaycanın və ya "SOCAR-Corcia"-ın boynuna qoymaq olar. Çünki "SOCAR-Corcia" Gürcüstanda qazlaşdırma layihələrini sürətlə  reallaşdırmaqla, yaşayış məntəqələrini qazlaşdırmaqla əlavə təbii qaza ehtiyac yaradıb. O zaman B.İvanişvili komandası qaz anbarının tikilməsini, Azərbaycandan Gürcüstana qaz nəql edən kəmərlərin təmirini də gündəliyə gətirə bilərdi. B.İvanişvili komandası görünür bunu bilərəkdən etməyib. "SOCAR-Corcia"nın gördüyü iş Gürcüstanda qaza tələbatı artırıb. B.İvanişvili komandası isə bundan Azərbaycanın əleyhinə istifadə edir. İkinci yalan, guya "Qazprom"un Azərbaycana nisbətən daha ucuz qaz təklif etməsidir. Azərbaycanın Gürcüstana bəzi layihələr üzrə təklif etdiyi qaz ümumiyyətlə havayıdır. Qazın bir hissəsi isə 1000 kub metri 56 dollara satılır. Hər halda Kaladze "Qazprom"un təklif etdiyi qiymətlərini açıqlasa yaxşı olar.

Azərbaycanın Gürcüstana qazı fasilələrlə verilməsi barədə Gürcüstanın Neft-qaz korporasiyasının baş direktoru D.Tvalabeivilinin dedikləri isə nəinki yalandır, ümumiyyətlə böhtandır.

Gürcüstanın indiki komandası Azərbaycanla münasibətdə ədalətli olduğunu sübut etməlidir. Yoxsa işğalçı Ermənistana əlavə iqtisadi stimul yaratmamalıdır. Gürcüstan hökuməti Azərbaycandan qazandığı pulu Gürcüstan vətəndaşlarına xərcləməlidir, Ermənistanın varlanmasına xərclənməməlidir.

"SOCAR-Corcia" şirkətinin səhmlərinin 49 faizinin eks-prezident M.Saakaşvilinin həyat yoldaşı S.Rulofsun adına olması barədə yayılan məlumatlar da B.İvanişvili komandasını öz hərəkətlərinə haqq qazandırılması kimi başa düşülə bilər.

Gürcü xalqına problem yaratmağın müxtəlif variantları sınaqdan keçirilib. Qaz məsələsində Azərbaycana böhtan atmaq, onu RF-lə qarşı-qarşıya qoymaq bu yolda növbəti mərhələdir. Amma bir variantı unutmaq məsləhət deyil: Gürcüstandakı Azərbaycanlıları Ermənistanın girov götürməsinin qarşısnı Gürcüstanın azərbaycanlılar özləri ala bilərlər. Bu zaman rəsmi Tbilisi üçün daha ciddi problem yarana bilər. Gürcüstanın qonşularında belə ssenarini arzulayanlar var. Ola bilər, qaz qiyməti məsələsində olduğu kimi, rəsmi Yerevan Gürcüstan vətəndaşları olan azərbaycanlıların aktivləşdirilməsi tapşırığını yerinə yetirir.

Mübariz Əhmədoğlu, SİTM-in sədri



Oxşar Xəbərlər

Xəbər lenti