16-06-2026, 09:32
15-06-2026, 11:07
12-06-2026, 21:58
11-06-2026, 21:19
8-06-2026, 22:05
“Azərbaycan təbii qazının Avropa İttifaqı (Aİ) ölkələrinə daha böyük həcmdə tədarük ediləcəyinə inanırıq. Bu, Rusiya təbii qazından asılılığı azaltmağa kömək edəcək”.
Sozcu.info xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger brifinqdə deyib.
“Azərbaycanla təbii qaz tədarükünü necə yüksəltməyi, hətta daha yaxşısı, ikiqat artırmağı müzakirə edirik”, - səfir bildirib.
Diplomatın sözlərinə görə, günəş və hidrogen enerjisi daxil olmaqla, “yaşıl enerji” mənbələrinə diqqət yetirməyə dəyər.
“Bu məsələdə Azərbaycanın rolu çox önəmlidir”, - Ö.Litzenberger əlavə edib.