Bu gün, 10:22
18-08-2025, 13:24
4-08-2025, 08:32
13-07-2025, 14:49
4-07-2025, 23:20
Rusiya-Ukrayna münaqişəsi fonunda Azərbaycan meyvə və tərəvəzinə təlabatın artdığını deməzdim. Təlabat keçənilki kimidir.Sozcu.info xəbər verir ki, bunu AzVision.az -a açıqlamasında Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədr müavini Nizami Heybətov deyib. Aprel, may və iyun aylarının ixrac mövsümünün pik vaxtları olduğunu deyən N.Heybətov qeyd edib ki, Rusiyaya Azərbaycandan meyvə-tərəvəz ixracının davam etdiyini və hər hansı geriləmə olmadığını qeyd edib:"Bu dövrdə Rusiya rublunun möhkəmlənməsi bizim xeyrimizədir. Meyvə-tərəvəz qiymətlərini dollara çevrilməsi zamanı artım müşahidə olunur və bu meyvə-tərəvəz ixracatçıları üçün müsbət haldır".N.Heybətov Azərbaycanda meyvə-tərəvəzin qiymətinin yüksək olmasının təkcə ixracın çoxalması ilə əlaqəli olmadığını vurğulayıb. O bildirib ki, koronavirusla əlaqəli məhdudiyyətlərin aradan qaldırılması, tədbir və ziyafətlərin çoxalması təlabatı artırıb.- Təlabat artır və təklif də onu qarşılamadığı üçün qiymət artımı müşahidə edilir. Qiymət artımı qeyri-mövsümi vaxtlarda fevral mart, aprel aylarında və mayın ilk 15 günündə müşahidə edilib. Hal-hazırda qiymətlər enişə doğru gedir. Düşünürəm ki artıq meyvə tərəvəzin qiymətləri istehlakçılar üçün məqbuldur.Dia.azKeçən illə müqayisədə meyvələrin qiymətinin yüksək olmasında gəlincə, müsahibimiz bildirib ki, iqlim faktoruna da nəzərə yetirmək lazımdır:"Keçən ilin may ayında yağışlı, küləkli və qapalı günlər yox idi. İqlimdə dəyişiklər belə vegetasiya dövrünə, məhsulun yetişməsinə təsir edir. Meyvələrin yetişməsi dövrü bir qədər gecikib".