Bu gün, 09:46
Bu gün, 09:32
21-12-2024, 10:25
27-11-2024, 17:30
25-11-2024, 17:52
Qarşıdakı tədris ilində şagirdlər üçün yeni məktəbli formaları nəzərdə tutulub.Nazirlər Kabinetinin qərarı ilə ümumtəhsil məktəblərində təhsilalanların geyimləri üçün 4 forma müəyyən edilib.Yeni dərs ilinin başlanmasına bir ay müddət qalıb. Valideynlər övladlarına təsdiq edilən yeni məktəbli formaları almaq istəsələr də formalar hələki satışa çıxarılmayıb.
Sozcu.info-nun məlumatına görə, Bakı Tikiş Evinin satış şöbəsinin rəisi Etibar Əzimov Cebhe.info-ya bildirib ki, formalarn satışına avqustun 15-dən sonra başlanılacaq:“Məktəbli geyimlərinin tikilməsi üçün parçalar gec gəldi. Türkiyədən və başqa ölkələrdən parça alırıq. Bəzi, yəni sifariş verdiyimiz sonuncu parçalar hələ gəlib çıxmayıb. Hazırda formalar tikilir. Buulki paltarlar 100 faiz pambıqdandır. Daha doğrusu, köynəklərin materialları 100 faiz pambıq, şalvar və yupkalar yun parçadandır. Baha parçalardır, ona görə çalışdıq ki, uyğun qiymətə parçalar tapıb gətirək”. O bildirib ki, qiymətlər də geyimlər satışa çıxarılanda məlum olcaq”.