Əhaliyə bəd xəbər: Bu sektorda qiymət artacaq


Yeni il ərəfəsində və 2023-dən başlayaraq ərzaq və xidmətlərdə qiymətlərin kəskin artacağına dair eyhamlar var. Pensiya, müavinət və tələbə təqaüdlərinin artırılacağına istinadla iqtisadçılar əhali artıq indidən gözlənilən bahalaşmaya hazır olmağa çağırır.

Xatırladaq ki, bir müddət əvvəl sərnişindaşıma şirkətləri də Tarif Şurasına müraciət edərək bu xidmət növündə qiymət artımını təklif edib. Şirkətlər bildirib ki, gediş haqqının 30 qəpik olması onların xərcini ödəmir. Xeyirdən çox ziyana işlədiklərini deyən sərnişindaşıma şirkətləri gediş haqlarının təxmini 50 qəpik olmasını istəyir.

Bununla bərabər, kommunal xərclərin artımı barədə dedi-qodular dolaşır. Bəziləri bunu indidən bahalaşmaya hazırlıq kimi dəyərləndirir.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli deyib ki, Azərbaycanda qiymət artımı ilə bağlı Yeni İl öncəsi bir sıra “sürprizlər” artıq indidən özünü göstərir:

“2023-cü il qədəm qoymazdan əvvəl dövlətin tənzimlədiyi qiymətlərdə müəyyən artımlar müşahidə edilir. Artım, əsasən, nəqliyyat sistemində gözlənilir. Çünki metropoliten və sərnişindaşıma nəqliyyatı dəfələrlə açıqlamalarında maya dəyərinin həddən artıq yüksək olduğunu bildirib. Ola bilər ki, ilin əvvəlində ilk “xoş xəbər” nəqliyyatdan gəlsin”.

N. Cəfərli kommunal sahəsində qiymət artımının olmayacağını bildirib:

“Hazırda Azərbaycanda kommunal xərcləri olduqca yüksəkdir. Azərbaycanda qonşu ölkələrdə müqayisədə kommunal xidmətlər olduqca bahadır. Əlbəttə, Avropaya nisbətən o, ucuz ola bilər, amma qonşu ölkələrə baxdıqda yox”.



Oxşar Xəbərlər

Xəbər lenti